TƏDQİQATLAR
A- A A+

Ceyms Uorlik: İşğal olunan ərazilər Azərbaycana qaytarılmalıdır

2015-07-15 09:30:42

“İşğal edilmiş ərazilər kompleks nizamlanma çərçivəsində Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”

Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiyanın “Vedemosti” qəzetinə müsahibəsində bildirib. 

“Nizamlanmanın bir elementi və ya prinsipi üzərində dayanmaq lazım deyil. Ərazilər geri qaytarılmalıdır, ancaq digər faktorlar da var. Ona görə də biz həmişə kompleks nizamlanmadan danışırıq – Siz bir aspekti götürüb, onun nizamlanmanın əsası olduğunu iddia edə bilməzsiniz. Biz sülh razılaşmasını tam şəkildə nəzərdən keçirməliyik`, - deyə diplomat qeyd edib.

Uorlikin sözlərinə görə, əldə olunan atəşkəs rejiminə tam şəkildə əməl olunur: `Bu bizdə narahatlıq doğurur. Lakin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi mümkündür”.

Azərbaycanın böyük həcmlərdə silah-sursat almasından danışan həmsədr qeyd edib ki, hər iki tərəf həm Ermənistan, həm də Azərbaycan öz təhlükəsizliyini təmin etmək hüququna malikdir və bununla əlaqədar biz onların müxtəlif tədarükçülərdən silah alma ehtiyacı və cəhdlərini anlayırıq: `Xüsusilə Dağlıq Qarabağ təmas xətti, həmçinin Azərbaycan – Ermənistan sərhədi boyu hərbləşdirmənin güclənməsi narahatlıq doğurur. Bundan əlavə bizi hərbi balans məsələsi də narahat edir. Hər iki ölkə arasında toqquşmalar hələ də baş verir. Ona görə də biz hərbi güc nisbətinin bu və ya digər tərəfi bəzi üstünlüklərdən istifadə etməyə stimullaşdırmasını istəmirik`, – deyə Uorlik qeyd edib. 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 895

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...