QHT və MEDİA
A- A A+

“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr davam edib

2018-07-04 10:50:58

.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi “Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla “QARABAĞ DÜNƏN VƏ BUGÜN” mövzusunda ictimai müzakirələrin aparılması” layihəsində nəzərdə tutulmuş növbəti görüş, İran İslam İslam Respublikasının Azərbaycandakı səfirliyində keçirilib. Həmin ölkənin fövqəladə və səlahiyyətli səfiri cənab Çavad Çahangirzadə, səfirliyin mətbuat xidmətinin katibi cənab Məhəmməd Rza Nəçəfi, Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi sədri Tahirə Məmmədova və politoloq Mobil Vəkiloğlunun iştirakı ilə müzakirələr aparılıb.

“Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin sədri Tahirə Məmmədova həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirdi ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, sosial-iqtisadi problemləri və Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması və digər məsələlər araşdırılaraq geniş ictimaiyyətə çatdırılır. Görüşdə iştirak edən politoloq Mobil Vəkiloğlu bildirdi ki, 26 ildən artıqdır ki, bu ədalətsiz müharibəyə dünya birliyi hələ də biganə yanaşır. Hazırda Qarabağda yaşayan ərazilərdə soydaşlarımız hər gün təhlükə altındadırlar. Atəş altında qorxulu, həyacanlı günlər yaşayarlar, dinc əhalimiz hər gün şəhid verir. İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çavad Çahangirzadə qonaqları salamladı. Sonra o, bildirdi ki, İran Qarabağda olan hadisələrin tarixini yaxşı bilir. Hətta Qarabağ müharibəsi başlayanda ilk gündən bu Qarabağ məsələsində Azərbaycan dövlətini dəstəkləyən ilk dövlətlərdən biridir. İran bundan sonrada dost ölkə kimi həmişə bütün sahələrdə, xüsusilə də Qarabağ mövzusunda hər an Azərbaycan dövlətinin yanında olduğunu və Azərbaycana dəstək verməyi özümüzə müqəddəs borc bilirik. Tahirə Məmmədova da öz növbəsində, səmimi görüş üçün, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Çavad Çahangirzadəyə və səfirliyin əməkdaşlarına öz minnətdarlığını bildirdi.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 690

QHT və MEDİA

2019-10-22 09:45:08

QHT və MEDİA
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...

Oktyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin T...

2019-10-20 14:50:47

QHT və MEDİA
"Türk Şurasının Bakı sammiti türk birliy...
"Türk Şurasının Bakı sammiti türk birliy...

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammiti...

CƏMİYYƏT

2019-10-22 15:20:16

CƏMİYYƏT
Yüz il bundan əvvəlin eyni məkanında...
Yüz il bundan əvvəlin eyni məkanında...

Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirləri davam edir. Oktyabrı...

2019-10-22 08:40:42

CƏMİYYƏT
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...

1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbayc...

İQTİSADİ

2019-10-23 10:45:33

İQTİSADİ
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu...
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu...

Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabın...

2019-10-22 08:10:28

İQTİSADİ
"İnvestisiya təşviqi sənədi sərmayələrin...
"İnvestisiya təşviqi sənədi sərmayələrin...

İndiyədək Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxı...