SOSİAL
A- A A+

Azərbaycan haqqında təqdimat yapon parlamentarilər tərəfindən maraqla qarşılanıb

2018-07-04 09:55:42

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının üzvləri ilə görüşüb və onların qarşısında ölkəmiz haqqında təqdimatla çıxış edib

Tədbirdə Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının sədri, Yaponiya parlamentinin nümayəndələr palatasının üzvü Akira Amari və Liqanın 15 üzvü iştirak edib. Tədbiri açan A.Amari ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, Azərbaycanın regionda Yaponiyanın ən etibarlı tərəfdaşı olduğunu bildirib. Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının ümummilli lider Heydər Əliyevin Yaponiyaya 1998-ci ildə səfəri zamanı yaradıldığını xatırladan sədr iki ölkə arasında münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə edib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb.

Sonra səfir G.İsmayılzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi və Azərbaycanın hazırkı siyasi və iqtisadi durumu ilə bağlı təqdimatla çıxış edib. Cümhuriyyətin 1918-1920 illərdə müsəlman dünyasında parlament respublikası modeli əsasında qurulmuş çoxpartiyalı ilk demokratik dövlət olduğu, 2018-ci ildə onun 100 illiyinin dünyanın hər yerində müxtəlif tədbirlərlə qeyd olunduğu vurğulanıb. Səfir qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk dünyəvi dövlət olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının böyük nailiyyətidir. Həmin vaxt ölkəmizin qısa müddətdə müstəqil olmasına baxmayaraq, Azərbaycan dili rəsmi dil kimi, Azərbaycan bayrağı və digər dövlət atributları qəbul edilib, Silahlı Qüvvələr yaradılıb. Həmçinin Azərbaycan özünü dünyada tanıtmaq üçün fəal xarici siyasət aparıb.

Cari il aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərinə toxunan səfir bu seçkilərdə İlham Əliyevin 86 faiz səs toplayaraq növbəti dəfə Azərbaycanın dövlət başçısı seçildiyini auditoriyanın diqqətinə çatdırıb. Müasir Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin inkişafı yolunda inamla addımladığı, ölkədə davamlı siyasi-iqtisadi islahatların həyata keçirildiyi vurğulanıb. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verilib, o cümlədən iqtisadiyyat, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən və gələcəkdə nəzərdə tutulan müxtəlif layihələr barədə danışılıb.

Tədbirdə Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər, idman yarışları barədə məlumat verilib. Formula 1 Azərbaycan Qran-Prisi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər yarışların yüksək səviyyədə təşkil edildiyi vurğulanıb və bununla bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın əhəmiyyətli töhfələri diqqətə çatdırılıb.

G.İsmayılzadə 2017-ci il üzrə ölkəmizin iqtisadi göstəriciləri, makroiqtisadi durumu, daxili və xarici investisiyalar, ticarət dövriyyəsi haqqında da ətraflı məlumat verib. Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətlilik göstəricisi üzrə 138 ölkə arasında 37-ci pilləyə, Dünya Bankının “Doing Business” hesabatında isə 190 ölkə arasında 57-ci pilləyə yüksəldiyi vurğulanıb.

Təqdimatda son zamanlar ölkəmizdə neft və qaz sektorunun inkişafı, Cənub Qaz Dəhlizi haqqında da ətraflı məlumat verilib. Azərbaycanda həyata keçirilən irimiqyaslı nəqliyyat layihələri barədə məlumat verən səfir 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı haqqında söhbət açaraq, qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Türkiyə, Gürcüstan dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərimiz bu layihəni reallaşdırmağa şərait yaradıb. Onun həyata keçirilməsi nəticəsində Azərbaycan tranzit ölkə kimi imkanlarını xeyli genişləndirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumat verən diplomat Ermənistanın cinayətkar rejiminin və ona himayədarlıq edən qüvvələrin münaqişənin həllinə maneçilik yaratdığını, cəbhədə müxtəlif təxribatlar törətdiyini bildirib. Tarixə nəzər salınaraq, hazırda Ermənistanın yerləşdiyi ərazinin böyük hissəsinin Azərbaycana məxsus olduğu diqqətə çatdırılıb.

Təqdimatın sonunda Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinə toxunan G.İsmayılzadə iki ölkə arasında münasibətlərin iqtisadi, o cümlədən enerji və qeyri-neft sektoru sahələrində inkişafından bəhs edib. O deyib ki, son illər Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlıq genişlənir və bu da ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verməkdədir. “Silk Way West” şirkətinin Yaponiyada fəaliyyəti və uçuşları haqqında da iştirakçılara ətraflı məlumat verilib.Tədbirin yekununda yapon parlamentarilərin sualları cavablandırılıb.(Azərtac)


Kateqoriya : SOSİAL Baxış sayı : 144

QHT və MEDİA

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

2018-07-19 10:15:01

QHT və MEDİA
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...

Bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

R.Z...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...