2018-07-04 09:40:31 | QHT VƏ MEDİA
Şəhid Milli Qəhrəman Asif Məhərəmovun xatirəsi yad edildi

.

El arasında Fred Asif adıyla tanınan cəsur komandiri tanıtmağa ehtiyac varmı? O, sağlığında ikən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, qız-gəlinlərimizin torpaqlarımızın bir hissəsilə birgə düşmən əsarətində qaldığına görə bu fəxri addan imtina etmişdi.

1994-cü il iyulun 1-də Rusiyanın Yalta şəhərində, müalicə aldığı şəfa ocağında dünyasın dəyişən cəsur komandirin cənazəsi Milli Lider Heydər Əliyevin tapşırığına əsasən ölkəmizə gətirilmiş, Bakıdakı II Şəhidlər xiyabanında dəfn edilmişdi. Yenidən bu fəxri ad, onun özünə qaytarılmışdı. Fred Asifin digər qardaşları da respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Fred Asif, uşaq, yeniyetmə və gənclər üçün bir məktəb idi. Onun əziz xatirəsi ailə üzvləri, döyüşçü dostları və qədirbilən xalqımız tərəfindən daim hörmətlə yad edilir.

İyulun 3-də onu yaxından tanıyan dostları, silahdaşları məzarı önünə toplaşmışdılar. Hacı Rövşən şəhidimizin ruhuna ehtiram olaraq dua oxudu. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqil Abbas, sabiq döyüşçü və ziyalılardan-Hacı Əkbər Rüstəmov, Hacı Zahid Qarayev, Hacı Elməddin, Şamil Sabiroğlu, Hacı Vasif Məhərrəmov, Ağcabədidə yaşayan Vahid Cəfərov, sabiq tabor komandiri Xudu Xuduyev, şəhid Milli Qəhrəmanın qardaşı Hacı Ədalət Məhərrəmov və başqaları Fred Asifin mənalı ömür yolundan danışdılar.Səngər yoldaşı, dəyərli insan Cəmil Cəfərov Fred Asif haqqında bilmədiyimiz həqiqətləri söylədi.

Fred Asifin yeganə yadigarı, qol güləşi üzrə Avropa çempionu və beynəlxalq yarışların qalibi Azər Məhərrəmov mərasimə toplaşanlara ailə üzvləri adından təşəkkür etdi. Daha sonra Fred Asifin xatirəsinə ehsan süfrəsi açıldı.

Şamilə Şamilqızı

Baxış sayı : 1765
Cəbrayılın Sofulu kəndi - VİDEO 2021-07-24 17:25:41 İşğaldan azad olunan əraziləri görəndə çox təsirləndik - Fransalı deputat 2021-07-24 08:30:01 "Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir" 2021-07-24 07:55:49 Cavid Qurbanov: "İşğaldan azad olunan ərazilərdə dəmiryol infrastrukturunun yaradılması istiqamətində sürətli işlər aparılır" 2021-07-24 07:25:16 Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib 2021-07-23 15:30:06 Nəzirməmməd Zöhrablının “İgid ömrü” kitabı çapdan çıxıb 2021-07-23 15:10:17 Jerom Lamber: Qarabağ müharibəsinin əsas səbəblərindən biri Minsk qrupunun diplomatik uğursuzluğudur 2021-07-23 11:05:13 Üçtərəfli bəyanatın prinsiplərinə sadiqlik regionda sülh və sabitliyin təminatıdır - Rusiyalı politoloq 2021-07-23 10:25:12 “Leyli və Məcnun” kitabının təqdimatı Ukrayna mətbuatında 2021-07-23 09:05:11 Kəlbəcərin Bəzirxana kəndinin görüntüləri - Video 2021-07-23 07:30:05 Prezident İlham Əliyev: Bizim Zəfərimiz Ermənistanın bütün ideoloji sütunlarını darmadağın edib 2021-07-22 21:05:45 Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu Milli Mətbuat günü münasibətilə təbrik edir 2021-07-22 16:00:47 Bakıda Polad Həşimov parkı istifadəyə verildi 2021-07-22 10:35:13 Dövlət sərhədinin delimitasiyası və demarkasiyası prioritet məsələdir 2021-07-22 09:50:53 Könül Nurullayeva: Moskva görüşündə bir daha aydın oldu ki, Azərbaycan və Rusiya 10 noyabr bəyanatının icrası ilə bağlı vahid mövqedən çıxış edir 2021-07-22 09:45:56 Xocavənd rayonu ərazisində yeni hərbi hissələrin açılışı olub 2021-07-22 08:00:53 “Yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir” 2021-07-22 07:20:42 Bir qrup media nümayəndəsi mükafatlandırılıb 2021-07-21 21:20:58 Media və iqtisadi faktor 2021-07-21 20:05:12 Azərbaycan əsilli alman polisi kitab yazıb 2021-07-21 10:05:43 Ermənistan rəhbərliyi Cənubi Qafqazda silahlı toqquşmanı təşviq etdiyi üçün məsuliyyətə cəlb olunmalıdır - Piter Teys 2021-07-21 09:05:47 Qurban bayramı Şuşa şəhərində təntənə ilə qeyd olunub 2021-07-21 09:00:26 Prezidentlər arasında Qarabağ müzakirəsi 2021-07-20 22:10:12 Makron elektoral simpatiyanın artması naminə istənilən şəkildə "erməni" kartını işə salacaq - Oleq Kuznetsov 2021-07-20 09:25:31