QHT və MEDİA
A- A A+

“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr

2018-06-30 10:20:56

.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi “Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla “QARABAĞ dünən və bu gün” mövzusunda ictimai müzakirələrin aparılması” layihəsini həyata keçirir. Nəzərdə tutulmuş növbəti görüş, 29.06.2018-ci il tarixdə, Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində, həmin ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Navid Ancum, Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi sədri Tahirə Məmmədova, sədr müavinləri politoloq Rauf Mükümov, Hafiz Osmanovun və Pakistandan ölkəmizə gəlimiş nümayəndələrin iştirakı ilə keçirilərək “QARABAĞ DÜNƏN VƏ BU GÜN” layihəsi səfirliyin əməkdaşları ilə müzkirə oldu.

“Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin sədri Tahirə Məmmədova həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, sosial-iqtisadi problemlər və Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması və məqamlara diqqət yetirərək informasiyaları beynəlxalq ictimaiyyətə çatdırmaq əsas hədəflərdəndir. Görüşdə iştirak edən Politoloq Rauf Mükümov və Hafiz Osmanov qeyd edərək bildirdi ki, 26 ildən artıqdır ki, bu ədalətsiz müharibəyə dünya birliyi hələ də biganə yanaşır. Hazırda Qarabağda yaşayan ərazilərdə soydaşlarımız hər gün təhlükə altındadırlar.

Pakistan İslam Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Navid Ancum qonaqları salamladı. Sonra o, xususi ilə qeyd edərək bildirdi ki, Pakistan və Azərbaycan dövlərlərinin xalqları arasında dostluq əlaqələrinin kökü çox dərindir. Pakistan Qarabağda baş verən hadisələrinin tarixini yaxşı bilir. Buna görədə Qarabağ müharibəsi başlayan ilk gündən bu məsələ də Azərbaycan dövlətini dəstəkləmişik. Səfir müavini Navid Ancumöz çıxışınında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ hərbi münaqişəsi nəticəsində çoxsaylı insan ölümünün olmasından təəssüfləndiyinin bildirərək həlak olanlara Allahdan rəhmət dilədi. Tahirə Məmmədova da öz növbəsində, səmimi görüş üçün, Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Navid Ancuma və Səfirliyin əməkdaşlarına öz dərin təşəkkürünü bildirdi.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 915

QHT və MEDİA

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...