SİYASƏT
A- A A+

Azərbaycanlı deputatlar Avronest PA-da erməni təxribatlarının qarşısını alıb

2018-06-29 08:35:00

Azərbaycanın nümayəndə heyəti tərəfindən Avronest Parlament Assambleyasında (Avronest PA) erməni təxribatlarının qarşısı alınıb

Nümayəndə heyətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Milli Məclisinin Avronest PA üzrə nümayəndə heyətinin təşkilatın VII Plenar Sessiyasında iştirak etmək məqsədilə 25-27 iyun tarixlərində Belçika Krallığına səfəri başa çatıb. Milli Məclisin Avronest PA üzrə nümayəndə heyətinin rəhbəri xanım Sahibə Qafarovanın başçılığı ilə baş tutan səfərdə millət vəkilləri Cavanşir Feyziyev, Azər Kərimli, Məlahət İbrahimqızı, Rasim Musabəyov və Tahir Mirkişili iştirak ediblər. Plenar Sessiyadan əvvəl keçirilən komitə iclasları çərçivəsində qətnamə layihələrinin müzakirəsi baş tutub. Siyasi komitədə hazırlanan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən qətnamə layihəsinin müzakirəsi xüsusilə gərgin keçib. Avropa Parlamentinin İsveçdən olan üzvü Günnar Hökmar və Gürcüstan parlamentinin üzvü xanım Tamar Xuroldovanın birlikdə hazırladığı qətnamə layihəsində Avropa İttifaqı tərəfindən bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hərtərəfli dəstəyin bildirildiyi maddə öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu bəndin sənəddən çıxarılması üçün çoxsaylı düzəlişlər təklif edən Ermənistanın Avronest PA üzrə nümayəndə heyəti millət vəkillərimizin səyləri nəticəsində istəklərinə nail ola bilməyib. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstəyin ifadə olunduğu qətnamə layihəsi Plenar Sessiyaya tövsiyə olunub və orada səs çoxluğu ilə qəbul edilib. Daha sonra Ermənistan nümayəndə heyətinin "təxirəsalınmaz qətnamə" proseduru altında ölkəmizə qarşı yönəlmiş qətnamə layihəsi təklifinin qarşısı alınıb. Siyasi korrupsiya və siyasətdə etik davranış adı altında təklif edilən layihənin məqsədi Qərb mətbuatında Azərbaycanla bağlı səsləndirilən ittihamların Avronest çərçivəsinə gətirilməsi olub. Buna görə də Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova Büro iclasında bunun qəti əleyhinə çıxıb və qətnamə layihəsinin geri götürülməsini təmin edib.

Bundan əlavə, Azərbaycanın millət vəkili Tahir Mirkişilinin həmməruzəçi olduğu qətnamə Plenar sessiyada qəbul edilib. Təşkilatın Sosial komitəsinin iclasında isə Azərbaycanın ASAN Xidmətinin təqdimatı baş tutmuşdur. Avronest PA-nın sosial komitəsinin həmsədri Məlahət İbrahimqızının təşəbbüsü ilə baş tutan təqdimatı ASAN xidmətin rəsmisi Kamran Ağası edib. Avronest PA-nın Plenar sessiyası çərçivəsində keçirilən digər bir mühüm tədbir Qadın Forumu olub. Nümayəndə heyətimizin qadın üzvləri Sahibə Qafarova və Məlahət İbrahimqızının iştirak etdiyi forumda millət vəkillərimiz tərəfindən Azərbaycan Respublikasında qadın hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirilən siyasət və tədbirlər haqqında məlumat verilib. Təşkilatın İqtisadi komitəsinin iclasında millət vəkili Azər Kərimli iştirak və çıxış edib, ölkəmizin iqtisadi siyasəti haqda komitə üzvləri və iştirakçılara məlumat verib.

Plenar sessiyanın sonuncu iclas günündə keçirilən dinləmələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri Rasim Musabəyov və Cavanşir Feyziyev çıxış edib. Millət vəkili Cavanşir Feyziyev Avropa qurumlarında lobbiçilik fəaliyyətlərinin bu qədər geniş vüsət almasını pisləyib. Millət vəkili Avropa qurumlarının qərarlarının bəzən müxtəlif qrupların marağına görə verildiyini, qərarların verilməsində heç də ümumbəşəri dəyərlərin deyil, şəxsi mənfəətin ön planda olmasının arzuolunmaz nəticələr doğurduğunu vurğulayıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 463

QHT və MEDİA

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

2019-05-18 10:35:39

QHT və MEDİA
Beynəlxalq Münasibətlərin Araşdırılması ...
Beynəlxalq Münasibətlərin Araşdırılması ...

Mərkəzdən bildiriblər ki, Ermənistanın regional təhdidi mövzusunda keçiriləcə...

CƏMİYYƏT

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

2019-05-17 22:25:16

CƏMİYYƏT
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan R...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...