İQTİSADİ
A- A A+

Dayanıqlı İnkişafa dair Bakı Forumu keçiriləcək

2018-06-29 07:55:22

.

Bu il oktyabrın 25-26-da Dayanıqlı İnkişafa dair Bakı Forumu keçiriləcək. APA-nın məlumatına görə, forum çərçivəsində “İnteqrasiya, sürətləndirmə və siyasətə dəstək” (MAPS) missiyasının nəticələrinə dair Bakı Bəyannaməsinin qəbul olunması və Azərbaycan Hökuməti ilə BMT Avropa İqtisadi Komissiyası tərəfindən əməkdaşlıq sazişinin imzalanması nəzərdə tutulur.

Bu barədə iyunun 28-də Nazirlər Kabinetində keçirilən Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclasında məlumat verilib. Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib ki, Bakı Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın genişləndirilməsi mövzusunda təşkil ediləcək. Forum Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə keçiriləcək. Forumda BMT-nin rəhbər şəxslərinin və beynəlxalq ekspertlərin iştirakı planlaşdırılır.

Şura sədri qeyd edib ki, 2019-cu ilin yayında Yüksək Səviyyəli Siyasi Foruma Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatı təqdim ediləcək. DİM-in milli inkişaf proqramlarına uyğunlaşdırılması əsas vəzifələrdəndir və bu, çox vacib məsələdir.

Sonra Dayanıqlı İnkişafa dair Bakı Forumu barədə məlumat verən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, forum 6 sessiyadan ibarət olacaq. Tədbirdə BMT-nin yüksək səviyyəli nümayəndələri, Şərqi və Mərkəzi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri, eləcə də beynəlxalq ekspertlər də daxil olmaqla 250 nəfərin iştirakı nəzərdə tutulur.

Bundan başqa, forum zamanı BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin icrasına dəstək məqsədilə İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Milli Elmlər Akademiyası və BMT-nin Azərbaycan nümayəndəliyinin birgə elan etdiyi İkinci Respublika İnnovasiya Müsabiqəsinin təltifetmə mərasimi keçiriləcək.

İclasda forumun təşkili üçün işçi qrup və təşkilat komitəsinin yaradılması, gündəlik layihəsi və Bakı Bəyannaməsinin layihəsi kimi məsələlərə baxılıb. Həmçinin iclasda ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyalarının DİM ilə uzlaşdırılması, məqsədlərin prioritetləşdirilməsi və MAPS hesabatının nəticələri müzakirə edilib. Fəlakət Risklərinin Azaldılması üzrə Sendai Çərçivə Sənədindən (2015-2030) irəli gələn hədəflərin milli səviyyədə həyata keçirilməsi, habelə fəlakət risklərinin azaldılması üzrə milli strategiyanın hazırlanmasının Şura tərəfindən əlaqələndirilməsi məsələləri də nəzərdən keçirilib.

Sonda Əli Əhmədov Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatının hazırlanması, Dayanıqlı İnkişafa dair Bakı Forumunun təşkili ilə bağlı müvafiq qurumlara tapşırıqlar verib.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 568

QHT və MEDİA

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...