MƏDƏNİ
A- A A+

Vüqar Şixəmmədov: Azərbaycana məxsus Qarabağ atları ilə bağlı erməni uydurmalarının heç bir əsası yoxdur

2015-07-15 09:15:18

Son günlərdə Ermənistanın kütləvi informasiya vasitələrində qeyd şərtsiz Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurma yazılar yer almaqdadır

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycana məxsus Qarabağ atları ilə bağlı erməni uydurmalarının heç bir əsası yoxdur. Azərbaycana qarşı törədilən hərbi işğalın davamı kimi Ermənistan tərəfi xalqımıza məxsus qeyri-maddi mədəni irsə və milli mənəvi dəyərlərə qarşı təcavüz və mənimsəmə siyasətini davam etdirməkdədir.

V.Şixəmmədov deyib: "Bir çox tədqiqatlara, tarixi ədəbiyyatlara, müxtəlif mənbələrə habelə, aparılan araşdırmalara əsaslanaraq belə söyləmək olar ki, Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcud olmuş cins atlardan götürüb. Bu atların da nəsli Azərbaycan ərazisi olan Ağdam atçılıq zavodunda yetişdirilib".

Qeyd etmək lazımdır ki, 1956-cı ildə Sovet İKP MK Baş katibi və SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü N.S.Xruşov Britaniyada səfərdə olarkən Şahzadə Yelizaveta önündə Azərbaycan xalqına məxsus Qarabağ atlarını nümayiş etdirib.

Nazirliyin şöbə müdiri bildirib ki, 1993-cü ildə Ermənistanın Qarabağda hərbi işğalları zamanı Ağdam atçılıq zavodunda olan 300-dən çox Qarabağ atı Bərdə rayonunun Lənbəran kəndində yerləşdirilib və hazırda da burada inkişaf etdirilir.

Təsadüfi deyil ki, Çövkən-Azərbaycan Respublikasında Qarabağ ənənəvi atüstü oyun ənənəsi adı altında 2013-cü ildə UNESCO-nun Təcili Qorunma siyahısına daxil edilib.

O deyib: "Birmənalı şəkildə Erməni saytlarında yerləşdirilən uydurma iddialarla dolu yazıları, Ermənistanın Azərbaycan torpaqlarına olan hərbi işğalçılıq siyasəti ilə yanaşı, ölkəmizin milli irsi və yerli genofonduna olan növbəti təcavüz siyasətinin davamı kimi qiymətləndiririk".

 

 

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 992

QHT və MEDİA

2018-01-17 14:10:14

QHT və MEDİA
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...

Bu barədə Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesaba...

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...