CƏMİYYƏT
A- A A+

Fransada “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub

2018-06-28 10:10:45

.

Fansada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı professor Əmir Əliyevin iştirakı ilə onun müəllifi olduğu “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı və müzakirəsi keçirilib. Fransız dilinə nəşr edilmiş kitabın təqdimat mərasimi Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində baş tutub. Bu barədə AZƏRTAC-a assosiasiyadan məlumat verilib. Tədbiri açan Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel əvvəlcə Dağlıq Qarabağ münaqişəsi haqqında iştirakçılara məlumat verib. Qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsi nəticəsində bir milyondan çox insan doğma yurdundan didərgin düşüb. Ermənistan bir çox soyqırımları, cinayətlər törədib. Fransa və bir çox digər ölkələrdə bu münaqişə haqqında xəbərsizdirlər. O, təqdimatı keçirilən kitabın fransız cəmiyyəti və bütün dünya ictimaiyyəti üçün Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat əldə edilməsində əhəmiyyətli olacağını bildirib. Kitab barədə fikirlərini bildirən Paris I Universitetinin professoru Jak Sopelsa Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilən, hazırda da Ermənistan Respublikası tərəfindən davam etdirilən beynəlxalq cinayətlərin kitabda aparılan hüquqi təhlilinə obyektiv qiymət verdiyini deyib. O tarixi və hüquqi faktlara əsaslanaraq münaqişənin hüquqi aspektini təqdim edən bu kitabın fransız cəmiyyəti və dünya ictimaiyyəti üçün vacibliyini qeyd edib. Azərbaycanın Dostları Assosiasiyasının vitse-prezidenti Jan Pier Alali Azərbaycanı sülhsevən bir ölkə kimi tanıdığını bildirib. O Azərbaycanın güclü bir orduya malik olmasına baxmayaraq, hər zaman Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istədiyini və Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlərin təqdirə layiq olduğunu söyləyib.

Tədbirdə çıxış edən professor Əmir Əliyev qeyd edib ki, ermənilərin xalqımıza qarşı XIX əsrdən başlayan, XX əsrdən isə sürətlənən, o cümlədən bu gün də davam edən təcavüzkarlıq və soyqırımı siyasətinin beynəlxalq ictimaiyyətin gözü qarşısında aparılması beynəlxalq əməkdaşlıq siyasətinə ağır zərbələr vurmaqdadır. Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoymaq üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884), eləcə də ATƏT-in Minsk qrupunun səylərinə baxmayaraq, Ermənistan beynəlxalq cinayətlər törətmək siyasətindən, Azərbaycana qarşı olan təcavüzkar mövqeyindən əl çəkmir və beynəlxalq təşkilatların qərarlarını yerinə yetirməkdən açıq-aşkar şəkildə imtina edir.

Əmir Əliyev daha sonra qeyd edib ki, Azərbaycan əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasətlə dünyada və regionda sülh naminə bütün mümkün kompromis variantları təklif edərək Ermənistanı münaqişəni dinc yolla həll etməyə dəvət edir. Azərbaycan münaqişənin həllində məhz beynəlxalq hüquq normalarına əsaslandığını ən müxtəlif səviyyələrdə sübuta yetirə bilib. Həmçinin Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusi qeyd edilməli və bütün Azərbaycan cəmiyyətinə örnək olmalıdır.

Əmir Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və nümunəvi demokratik dövlət olan Fransanın erməni cinayətkarlarının beynəlxalq məsuliyyətə cəlb edilməsini nəzərdə tutan Beynəlxalq Cinayət Tribunalının yaradılması ideyasını dəstəkləyəcəyinə ümid etdiyini bildirib. Tədbirin sonunda professor Əmir Əliyev və təqdimatın digər iştirakçıları kitaba böyük maraq nümayiş etdirən dinləyicilərin suallarını cavablandırıblar. Həmçinin bütün tədbir iştirakçılarına kitabın müəllif tərəfindən imzalanmış nüsxələri hədiyyə edilib. Tədbirdə 100-ə yaxın tanınmış fransız alimi, mədəniyyət xadimləri və ziyalılar iştirak ediblər.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 243

QHT və MEDİA

2019-01-21 16:05:30

QHT və MEDİA
20 Yanvar hadisələri Braziliya mətbuatın...
20 Yanvar hadisələri Braziliya mətbuatın...

Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Braziliyada fəaliyyət ...

2019-01-20 11:55:08

QHT və MEDİA
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ...

CƏMİYYƏT

2019-01-21 09:05:07

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Time...

2019-01-18 22:05:32

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında...

İQTİSADİ

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...