SİYASƏT
A- A A+

"Ermənistanın ərazilərimizi azad etməməsi onu əməkdaşlıqdan kənarlaşdırır"

2018-06-28 09:45:24

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Ermənistanda keçirilən iclasında iştirak edib

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, Yerevanda keçirilən iclasda M. Məmmədquliyev çıxış edərək hərbi münaqişə və davam edən işğalın regionun iqtisadi-ticarət potensialından tam istifadə etməyə imkan vermədiyini deyib. Nazir müavini əlavə edib ki, Ermənistanın Azərbaycanın ərazilərini işğaldan azad etməməsi və öz qoşunlarını çıxarmaması nəticə etibarilə Ermənistanın özünü ticarət, sərmayələr, nəqliyyat, enerji və digər sahələrdə regional əməkdaşlıqdan kənarlaşdırır. O, regionda dövlətlərin bir-birilərinin ərazi bütövlüyünə, suverenliyinə hörmət, beynəlxalq hüququn norma və prinsipləri əsasında regional əməkdaşlıq və ticarət münasibətləri qurmalı olduğunu diqqətə çatdırıb. M. Məmmədquliyev Azərbaycana qarşı işğalın davam etməsinin bu gün regionda mövcud olan və təəssüf doğuran reallıq olduğunu qeyd edərək, məsələlərə düzgün yanaşılmasının və problemləri öz adları ilə çağırılmasının vacibliyini gündəmə gətirib. QDİƏT-in məqsəd və məramlarının dövlətlərdən birinin digərinin ərazi bütövlüyü və təbii resurslarına iddia irəli sürmədiyi sabitlik və sülh məkanı yaratmaq olduğunu xatırladan nazir müavini Azərbaycanın heç kimə qarşı hər hansı iddiasının olmadığını, əksinə sabit, etibarlı və mehriban qonşuluğun hökm sürdüyü mühiti təmin etmək üçün sərmayə yatırımı, ticarət və qarşılıqlı faydalı əməkdaşlığa çalışdığını vurğulayıb.

38-ci nazirlər toplantısı çərçivəsində QDİƏT-də sədrlik rotasiya qaydaları və əlifba sırasına uyğun olaraq Azərbaycana keçib. 2018-ci ilin ikinci yarısında təşkilata sədrliyi Azərbaycan Respublikası edəcək. Sədrlik dövründə Azərbaycanın prioriteti QDİƏT regionunda nəqliyyat qovşaqlarının inkişaf etdirilməsi olacaq. Bununla bərabər, Azərbaycan öz sədrliyi dövründə turizm, kənd-təsərrüfatı, bağlantı (connectivity) kimi sahəvi əməkdaşlığın inkişafına da xüsusi əhəmiyyət verəcək. Sədrlik zamanı qeyd olunan mövzular üzrə Azərbaycanda bir sıra yüksək səviyyəli tədbirlər, seminarlar və konfransların da keçirilməsi nəzərdə tutulub. 2018-ci ilin sonunda Azərbaycan QDİƏT-in 39-cu Xarici İşlər Nazirləri Şurasının iclasına ev sahibliyi edəcək.


Kateqoriya : SİYASƏT Baxış sayı : 591

QHT və MEDİA

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

2019-10-17 10:10:15

QHT və MEDİA
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...

Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik döv...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...