2018-06-27 08:05:57 | MÜSAHİBƏ
Azərbaycan ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir

“Paradda yeni aldığımız müasir silah və zirehli texnikalar, zenit-raket kompleksləri, Azərbaycanın öz istehsalı olan hərbi təyinatlı məhsullar nümayiş etdirildi. Bütün dünya bizim gücümüzü gördü”

Bu sözləri APA-ya açıqlamasında bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən hərbi parada və Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışına münasibət bildirən keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

Y. Aydəmirov qeyd edib ki, hərbi paradda ali baş komandan İlham Əliyevin çıxışı xalqımızda böyük ruh yüksəkliyi yaradıb: “Ali baş komandan bəyan etdi ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır və gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətirilib, hərbi paradda nümayiş etdirləcək. Cənab prezident bildirdi ki, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir və ordumuz düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə bugünki hərbi paradı Azərbaycan tarixinin ən uğurlu paradı adlandırıb: “İki aya yaxın idi bu parada hazırlıq gedirdi və hamımız möhtəşəm paradı böyük səbirsizliklə gözləyirdik. Deyə bilərəm ki, 100 yaşı tamam olan Azərbaycan Ordusu bu tarixi günü möhtəşəm şəkildə qeyd etdi. Silahlı Qüvvələrimiz öz gücünü bütün dünyaya nümayiş etdirdi. Hamı bizim ordumuzun nələrə sahib olduğunu gördü. Bundan sonra xalqımızın dövlətinə və dövlət başçısına güvəni daha da artacaq”.

Paradda nümayiş etdirilən silahların düşməndə qorxu yaratdığını söyləyən Ş. Ramaldanov Ali Baş Komandan İlham Əliyevin hərbi paraddakı çıxışına toxunub: “Cənab prezident demişkən, Ermənistan Azərbaycanla rəqabət apara bilmir və heç vaxt buna nail ola bilməyəcək. Çünki bizim güclü ordumuz və inkişaf edən iqtisadiyyatımız var. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və tezliklə öz ərazi bütövlüyünü bərpa edəcək. Aprel döyüşlərinin Ermənistanın öz ordusu ilə bağlı yaydığı mifi darmadağın etdiyini xatırladan prezident bu gün hərbçilərimizin ermənilərin ərazimizdə qazdıqları səngərlərdə xidmət göstərdiyini vurğuladı”.

Ş. Ramaldanov qeyd edib ki, Azərbaycan Ordusu istənilən zaman düşməni darmadağın etməyə hazırdır: “Ali Baş Komandanın dediyi kimi, müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. İkinci mərhələ başlamalı olsa, ordumuz düşməni darmadağın etməyə qadirdir”. Ş. Ramaldanov paradda Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, qardaş Türkiyə Ordusunun nümayəndələrinin hərbi keçid etməsinin tarixi əhəmiyyətindən danışıb: “Bu paradda bizi daha da ruhlandıran qardaş Türkiyənin hərbi bölüyünün keçiddə iştirak etməsi oldu. Həmçinin qardaş ölkənin şahinləri Bakı səmasında uçuşlar həyata keçirdilər. Bu, çox böyük hadisədir. Bütün bunlar onu göstərir ki, ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu “bir millət, iki dövlət” prinsipinə ciddi şəkildə riayət olunur”.

İstefada olan polkovnik Məhərrəm Cahangirov Azərbaycan Ordusunun 100 illiyi münasibətilə keçirilən paradın düşmənə göz dağı verdiyi bildirib: “Bu gün bir daha mənfur düşmənimiz bizim ordumuzun nəyə qadir olduğunu gördü. Cənab prezidentimizin də qeyd etdiyi kimi, bu parad Azərbaycan Ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirəcək. Onu da qeyd etməliyik ki, bu paradda hərbi texnikalarımızın hamısı nümayiş etdirilməyib. Biz əlimizdə olan silahların bir qismini göstərdik. Ordunun müasir maddi-texniki təchizatı baxımından Azərbaycan dünyanın ən nadir ölkələrindən biridir”.

M. Cahangirov bu yaxınlarda ordumuzun Naxçıvanda həyata keçirdiyi hərbi əməliyyatlara da toxunub: “Naxçıvan əməliyyatı düşməni çox sarsıdıb. Onlar qorxu içərisindədirlər. Cənab prezidentimiz İlham Əliyevin dediyi kimi, Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni yerinə yetirə bilər”.

Baxış sayı : 1243
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edib 2021-05-13 08:55:45 Bu gün yenə Tarix yazıldı! 2021-05-13 08:50:21 Şuşada atəşfəşanlıq oldu 2021-05-12 20:55:25 Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub 2021-05-12 14:15:49 Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat 2021-05-12 11:35:08 Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır 2021-05-12 11:20:45 Prezident Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib 2021-05-12 08:40:27 İrəvana imtiyazlar vermək Moskva üçün yeni risklər yaradır 2021-05-12 08:20:27 "Mina xəritələrinin verilməsi məsələsi tezliklə həll olunmalıdır" 2021-05-11 19:30:54 Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX 2021-05-11 17:55:20 Türkiyədə Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələnib 2021-05-11 09:45:44 Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır 2021-05-11 09:05:46 Vaşinqtonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü anılıb 2021-05-11 08:05:03 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib 2021-05-11 07:50:39 Prezident və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər 2021-05-10 13:00:18 Ermənilərin Gürcüstandakı növbəti təxribatı 2021-05-10 12:35:50 Ukraynada 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidə önündə tədbir keçirilib 2021-05-10 09:35:51 Şuşada Mehtər marşı ilə yürüş... - VİDEO 2021-05-10 08:20:18 Dünya Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir 2021-05-10 08:15:18 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür 2021-05-10 08:00:52 Prezident və birinci xanım Həzi Aslanovun abidəsini ziyarət edib 2021-05-09 15:20:05 Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək 2021-05-09 09:35:05 Los Ancelesdə faşizm üzərində qələbə ilə bağlı film hazırlanıb 2021-05-09 09:20:05 Faşizm üzərində qələbədən 76 il ötür 2021-05-09 09:05:32