SİYASƏT
A- A A+

AŞPA-da Ermənistanın vandalzm siyasətindən danışıldı

2018-06-26 09:40:06

.

Avropa Şurası Nazirlər Komitəsinin sədri, Xorvatiyanın xarici işlər naziri Marija Pejcinovic Buricin AŞPA-da çıxış edib və millət vəkillərinin suallarını cavabandırıb. Modern.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü millət vəkili Qənirə Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışıb. Millət vəkili Nazirlər Komitəsini bu vandalizm aktlarına son qoyması üçün Ermənistana təzyiqə çağırıb və sədrə sualla müracət edib: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus qədim tarixi-mədəni abidələri dağıdır. Bu abidələr Azərbaycanla bərabər dünya mədəniyyətinin də bir parçasıdır. Mənim əlimdə dağıdılmış bütün abidələrin əvvəlki və hazırki fotoları və materiallar var və sizə təqdim edə bilərəm. Ermənistanın yeni rəhbərliyinin Sarkisyan rejiminin törətdiyi bu cür dəhşətli cinayətləri davam etdirməməsi üçün, buna son qoyulması üçün Nazirlər Komitəsi olaraq nə edə bilərsiniz? Nazirlər Komitəsi Ermənistanın bu halları durdurması üçün hansı addımları ata bilər? Abidələrin məhv edilməsinin qarşısını almaq üçün dəstəyinizə böyük ehtiyac var. Bu istiqamətdə Nazirlər Komitəsindən hansı addımları gözləmək olar?”.

Nazirlər Komitəsinin sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin Nazirlər Komitəsinin səlahiyyətində olmadığını, ATƏT-in Minsk qrupunun səlahiyyəti olduğunu bildirib. Bununla belə Avropa Şurası tərəflərə dəfələrlə çağırışlar edib. Onları dialoqa səsləyib, münaqişənin sülh yolu ilə həllinə, dağıdıcı aktları dayandırmağa çağırdığını qeyd edib.

Millət vəkili Q.Paşayeva AŞPA Nazirlər Komitəsi sədri Marija Pejcinovic Buricinin Assambleyada çıxışndan və suallara cavabından sonra onunla görüşüb. İşğalçı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycanlılara məxsus tarixi-mədəni abidələri dağıtması ilə bağlı məlumatlar verən millət vəkili Q. Paşayeva bütün materialları, fotoları geniş məlumatlarla təqdim etməyə hazır olduqlarını və Ermənistanın bu vandalizm aktlarını durdurması üçün Nazirlər Komitəsinin də addımlar atmasının vacibliyini sədrin diqqətinə çatdırıb və buna böyük ehtiyac olduğunu xüsusi vurğulayıb.

İşğalçı Ermənistanın dağıtdığı qədim tarixi-mədəni Azərbaycan abidələri eyni zamanda dünya mədəniyyətinin də bir parçası olduğunu vurğulayan millət vəkili Q.Paşayeva Nazirlər Komitəsini Ermənistanın cinayətlərinə laqeyid qalmamağa çağırıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 323

QHT və MEDİA

2019-02-16 11:30:34

QHT və MEDİA
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...

Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyə...

2019-02-16 09:25:20

QHT və MEDİA
Xocalı soyqırımının qurbanları Türkiyəni...
Xocalı soyqırımının qurbanları Türkiyəni...

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri...

CƏMİYYƏT

2019-02-15 09:05:13

CƏMİYYƏT
Haqq və ədalətin inkarı: "Freedom House"...
Haqq və ədalətin inkarı: "Freedom House"...

Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də ə...

2019-02-14 16:25:23

CƏMİYYƏT
Əcnəbi media Xocalıdan yazdı
Əcnəbi media Xocalıdan yazdı

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, müəllif məqaləd...

İQTİSADİ

2019-02-16 08:55:20

İQTİSADİ
"Davamlı inkişafın sosial-iqtisadi probl...
"Davamlı inkişafın sosial-iqtisadi probl...

Konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Təhsil Nazirliyi, İqtis...

2019-02-12 20:05:39

İQTİSADİ
Qocaman neftçinin 90 illik yubileyi
Qocaman neftçinin 90 illik yubileyi

Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentin...