QHT və MEDİA
A- A A+

“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Irak Səfirliyində davam etdi

2018-06-26 08:40:15

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi “Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla “QARABAĞ DÜNƏN VƏ BUGÜN” mövzusunda ictimai müzakirələrin aparılması” layihəsində nəzərdə tutulmuş növbəti görüş 25.06.2018-ci il tarixdə, İraqın Azərbaycandakı səfirliyində keçirildi

Görüşdə iştirak edən İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dr. Fazil Avad Jebur Al-Şuvaili, İrak Səfirliyin 1-ci i katib Segvan O. Botani, Konsul Esn xanım, Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi sədri Tahirə Məmmədova, politoloq Mobil Vəkiloğlu və "Mərhamət" Kimsəsizlərə Yardim Ictimai birliynin sədri İradə Poladın iştirakı ilə görüş keçirildi.

“Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin sədri Tahirə Məmmədova tədbir iştirakşılarına həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması, yer adlarının qanunsuz dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan barəsində məlumatların dünya ictimayətinə çatddırmaqdır. Məhz bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndəlikləri arasında görüşlər keçirilir.

Tahirə Məmmədova statistik məlumatlarla bildirdi ki, Ermənistan silahlı qüvvələri və onlara himayədarlıq edən dövlətlərin hərbi təcavüzü nəticəsində 1 miliyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, Azərbaycanın 20%-dən çox ərazisi işğal edilmişdir. Ermənistanda yaşayan 300 min nəfərə yaxın azərbaycanlı öz doğma yurdlarından son nəfərədək zorla qovulmuşdur. Qeyd olunan müddət ərzində 30 mindən artıq azərbaycanlı həlak olmuş, 50 min nəfərə qədər əlil olmuş, 4853 nəfər isə itkin düşmüş və əsir götürülərək amansız işgəncələrə məruz qalmışlar. Onların taleyi bu günədək məlum deyil.

Görüşdə iştirak edən politoloq Mobil Vəkiloğlu bildirdi ki, 26 ildən artıqdır ki, bu ədalətsiz müharibəyə dünya birliyi hələ də biganə yanaşır. Hazırda Qarabağda yaşayan ərazilərdə soydaşlarımız hər gün təhlükə altındadırlar. Güllə, mərmi atəşləri altında qorxulu, həyacanlı günlər yaşayarlar, dinc əhalimiz hər gün şəhid verir.

İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dr.Fazil Avad Jebur Al-Şuvaili qonaqları salamladı. Sonra o, xususi ilə qeyd edərək bildirdi ki, İrak və Azərbaycan dövlərlərinin xalqları arasında dostluğun kökləri çox qədimdir. İrak xalğı Qarabağda olan hadisələrinin tarixini yaxşı bilirlər, hətta İraqdan gəlib butun Qarabağ bölgələrində film də çəkərək dünya ictimayyətinə göstəriblər. Maraqlı və səmimi söhbətdən məmnun qalan cənab səfir görüşdən şad olduğunu bildirdi və birliyin işlərində uğurlar arzuladı. Səfirliyin rəsmiləri AİMƏİB-in sədri Tahirə xanıma layihəni dəstəklədiklıərini və gələcəkdə də bu xətt üzrə sıx əməkdaşlıq edəcəklərini bildirdilər.

Tahirə Məmmədova da öz növbəsində, səmimi görüş üçün Iraqın səfiri Dr.Fazil Avad Jebur Al-Şuvailiyə və səfirliyin əməkdaşlarına öz dərin təşəkkürünü bildirdi.

Fact-info.az


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 287

QHT və MEDİA

2019-02-20 10:50:56

QHT və MEDİA
Xarici media Azərbaycan həqiqətlərindən ...
Xarici media Azərbaycan həqiqətlərindən ...

Mavritaniyanın “Vətən xəbərləri”, “Əl-Hassad” və “Aqlam” qəzetlərində “Mavrit...

2019-02-19 19:55:49

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatı hesabat ve...
YAP Pirallahı rayon təşkilatı hesabat ve...

1992-cil noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ...

CƏMİYYƏT

2019-02-20 09:45:03

CƏMİYYƏT
Yaddaşımdakı Ağa Laçınlı
Yaddaşımdakı Ağa Laçınlı

Ağa Laçınlı ağayana kişi idi. Kitabxanamın "Xəzinə" bildiyim guşəsində əziz v...

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

İQTİSADİ

2019-02-20 09:30:35

İQTİSADİ
"Xəzərin statusu barədə Konvensiya Xəzər...
"Xəzərin statusu barədə Konvensiya Xəzər...

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xəl...

2019-02-18 16:05:32

İQTİSADİ
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...

Trend Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Dövlət Neft Şir...