MƏDƏNİ
A- A A+

“Qan içində işıq” romanında Bakı zəfərindən bəhs olunur

2018-06-25 08:45:00

Yazıçı Güllü Məmmədovanın “Qan içində işıq” tarixi-sənədli romanı yenicə çapdan çıxıb

“Zərdabi” MMC nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunan roman 1918-ci ilin qanlı hadisələrindən bəhs edir. Yenicə yaranan Azərbaycan Xalq Cümhuriyyətini məhv etmək, Bakı neftini ələ keçirmək üçün birləşən düşmən qüvvələri ilə döyüşdə əfsanəvi komandan Nuri Paşa və əsgərlərinin şücaəti, zəfərləri faktlar və sənədlər əsasında qələmə alınıb. Qafqaz İslam Ordusu Gəncədən Bakıya qədər çətin, məşəqqətli bir döyüş yolu keçib. Müəllif sanki əsgərlərlə çiyin-çiyinə addımlayaraq qazanılmış qələbələrin hansı əziyyətlər, çətinliklər, ağır itkilər bahasına başa gəldiyini real hadisələrlə oxucuya çatdırır. Romanda sovet dönəmində cinayətləri bizə məlum olmayan daşnak Şaumyanın, müsəlmanların qatı düşməni Leninin iç üzünü ifşa edən sənədlər də öz əksini tapıb. Müəllif “Qan içində işıq” romanında Bakının işğaldan azad edilməsini bir qəhrəmanlıq dastanı kimi vəsf edib, Azərbaycan və türk əsgərlərinin düşmənə qalib gəlmək əzmini, mərdlik və mətanətini qabarıq şəkildə göstərməyə çalışıb. “Qan içində işıq” yazıçı Güllü Məmmədovanın “Qarabəkir əfsanəsi” və “Kalbalı xan” əsərlərindən sonra üçüncü tarixi-sənədli romanıdır.(Azərtac)


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 206

QHT və MEDİA

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

2018-11-14 10:30:42

QHT və MEDİA
“Regionlarda ailə dəyərlərinin təbliği i...
“Regionlarda ailə dəyərlərinin təbliği i...

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı...

CƏMİYYƏT

2018-11-16 10:00:50

CƏMİYYƏT
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...

Fact-info.az xəbər verir ki, Sərəncama əsasən, İmadəddin Nəsiminin 650 illik...

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...