SOSİAL
A- A A+

Pirallahıda Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə tədbir keçirildi

2018-06-23 22:50:28

.

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb Müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib və yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir. Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində dövlət quruculuğunun rolu və BMT Baş Məclisinin tövsiyəsi nəzərə alınaraq, Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə iyunun 23-ü Dövlət qulluqçularının peşə bayramı günü elan olunmuşdur. Bu əlamətdar tarix Dövlət qulluqçularının, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq edir. Sovetlər İttifaqı dağıldıqdan sonra dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında normal idarəetmə sistemi ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qaydışından sonra yaranmağa başlamışdır. Ulu öndərin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Konstitusiya respublikamızın dövlət quruluşunu və idarəçilik prinsiplərini təsbit etdi. Konstitusiyanın 7-ci maddəsinə görə Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkili və qanunvericilik hakimiyyəti Milli Məclis, İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti, Məhkəmə hakimiyyəti isə məhkəmələr tərəfindən həyata keçirilir. Hər üç hakimiyyət qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. 1996-cı ildə Prezidentin sərəncamı ilə Hüquqi İslahat Komissiyası təşkil olunmuşdur. Həmin komissiya bir neçə normativ-hüquqi aktlar hazırlamışdır. Bu qanunvericilik aktların böyük bir qismi dövlət idarəçiliyi sisteminin inkişafına, dövlət qulluğunun təşkilinə və təkmilləşdirilməsinə, Dövlət Qulluqçularının sosial müdafiəsinin təmin olunmasına yönəldilmişdir.

2000-ci il iyunun 21-də “Dövlət qulluğu haqqında” qanun imzalandıqdan sonra dövlət qulluğunun tənzimlənməsi ilə bağlı 23 qanun, 26 fərman, 12 sərəncam imzalanmış, bu sənədlərlə müxtəlif əsasnamələr, qaydalar, nümunələr təsdiq edilmiş, dövlət qulluqçuları üçün orden və medallar, fəxri adlar təsis edilmiş, onların fəaliyyətini tənzimləyən bütün məsələlər bu aktlarda əhatə olunmuşdur. “Dövlət qulluğu haqqında” qanun qəbul edildikdən sonra, onun təkmilləşdirilməsi üçün dəyişikliklər və əlavələrdən ibarət 11 qanun qəbul edilmişdir. Hazırda dövlət qulluqçularına qarşı tələbkarlıq yüksəlmiş, məmurların mənəvi saflığı, dövlətçiliyə sədaqəti, vətənin mənafeyini hər şeydən üstün tutması əsas meyara çevrilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət qulluqçusunun vəzifəsinin nədən ibarət olduğunu dəqiq ifadə edərək demişdir: “Mən xalq üçün işləyirəm, xalq üçün çalışıram, xalqa xidmət edirəm. Dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq.” Cənab Prezidentin tələbi odur ki, dünyanın ən yüksək standartları gərək Azərbaycanda tətbiq edilsin, çünki ölkəmizin böyük iqtisadi potensialı, təbii sərvətləri, ən başlıcası isə zəngin insan resursları vardır.

Ölkəmizdə dövlət qulluqçularının peşəkarlığını artırmaq məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində, bu məqsədlə açılan ixtisasartırma kurslarında təhsilin təşkil edilməsində, dövlət qulluğu məsələlərinə dair elmi-tədqiqat işlərinin aparılmasında, dövlət qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər verilməsində rolu böyükdür. Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən qısamüddətli kurslarda hər il yüzlərlə dövlət qulluqçusu idarəetmənin müasir tələblərini, bu sahədə olan yenilikləri həvəslə öyrənir, çalışdıqları idarə və müəssisələrin işində tətbiq edirlər.

Azərbaycanda dövlət qulluqçularının sayı ildən-ilə daha da artır ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır. Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi get-gedə cavanlaşır, daha təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da müsbət nəticəsini göstərir. Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dövlət qulluqçularının peşə bayramı münasibəti ilə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Akademik Milli Dram Teatrının kollektivinin ifasında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən “Vəsiyyət” tamaşası nümayiş olundu.


Kateqoriya : SOSİAL Baxış sayı : 406

QHT və MEDİA

2018-11-19 11:25:51

QHT və MEDİA
Azay Quliyev QHT-lər üçün ictimai dinləm...
Azay Quliyev QHT-lər üçün ictimai dinləm...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

CƏMİYYƏT

2018-11-19 18:35:16

CƏMİYYƏT
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...

Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün, Ermənistan-Azərbayca...

2018-11-16 10:00:50

CƏMİYYƏT
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...

Fact-info.az xəbər verir ki, Sərəncama əsasən, İmadəddin Nəsiminin 650 illik...

İQTİSADİ

2018-11-19 21:05:53

İQTİSADİ
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...

Fact-info.az-a verilən məlumata görə, tədbir SOCAR-ın gənclər siyasətinə həsr...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...