SİYASƏT
A- A A+

Baş nazir: “Azərbaycan iqtisadi və insan resursları baxımından zəngin ölkədir”

2018-06-23 09:25:15

“Ramsfeld Fondunun fəaliyyətini təqdir edirəm. Bu Fondun məqsədi liderlər yetişdirməkdir. Belə qurumların dövlətlərarası münasibətlərin formalaşmasında böyük rolu olmalı, tənzimləmə prosesində iştirak etməlidir”

Bunu 2018 CAMCA Regional Forumunda çıxışında baş nazir Novruz Məmmədov deyib. N. Məmmədov bildirib ki, Ramsfeld Fondu kimi qurumlar daha aktiv olmalıdır: “Belə olsaydı, yəqin ki, beynəlxalq münasibətlər indiki kimi gərgin olmazdı. SSRİ və Varşava Müqaviləsi Paktı dağıldıqdan sonra münasibətlər qısa müddətdə yaxşılaşdı. Daha sonra isə beynəlxalq münasibətlərdə gərginlik ortaya çıxdı. Bir çox incə məsələ var ki, gərək bunu beynəlxalq aktorlar nəzərə alsın. İnsanı yaxşı tanıyanda, müzakirələr effektiv ola bilər. Xalqa, ölkəyə, dövlətə olan münasibət isə daha mürəkkəbdir. Gərək bu halda digər tərəf də münasibətlər üçün daha çox məsələləri öyrənsin. Xalqın adət-ənənələrini, mentalitetini, keçmişini bilmədən o xalqla, dövlətlə fundamental əlaqələr qurmaq çətin olar”.

Baş nazir qeyd edib ki, Azərbaycan dünyanın ən mürəkkəb, mühüm regionunda, Şərqlə Qərbin, xristian və müsəlman aləminin qovuşduğu məkanda yerləşir: “Azərbaycan iqtisadi və insan resursları baxımından zəngin ölkədir. Bura Balkanlardan sonra dünyanın ən həssas regionudur. Mən Yaxın Şərqi bura daxil etmirəm. Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq, əməkdaşlıq etmək yolunu seçdi. Azərbaycan bu günə qədər mövqeyini dəyişməyib. Bu istiqamətdə də çox böyük layihələr icra edib. Azərbaycan İpək Yolunun bərpasında rol oynayır, Bakı ilə Avropanı dəmir yolu ilə birləşdirir”.(apa)

Qeyd edək ki, CAMCA Regional Forumu ABŞ-ın Ramsfeld Fondu tərəfindən hər ilin yaz və payız fəsli elan edilən Mərkəzi Asiya-Qafqaz təqaüd proqramının məzunları üçün şəbəkələşmə məqsədi daşıyır. Təqaüd bölgə dövlətlərindən bir qrup gənc peşəkar liderlərə ayrılaraq onları altı həftə ərzində ABŞ paytaxtı Vaşinqtonda keçirilən tədqiqat proqramına dəvət edir. Proqram iştirakçıları burada Amerikanın hökumət, qeyri-hökumət və biznes dairələrinin aparıcı nümayəndələri ilə görüşlər keçirərək Mərkəzi Asiya və Qafqaz bölgəsi barədə məlumatı və fikir mübadiləsini qarşılıqlı şəkildə genişləndirir. Proqramın nəticəsi kimi, iştirakçılar birgə layihə üzərində çalışırlar. 2008-ci ildən etibarən təqaüd proqramında Azərbaycandan 17 nəfər iştirak edib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 207

QHT və MEDİA

2018-11-13 22:10:16

QHT və MEDİA
Azay Quliyev: "QHT-in dəstəklənməsinə xü...
Azay Quliyev: "QHT-in dəstəklənməsinə xü...

“Bilirsiniz ki, 10 ildir ki, Prezidentin təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyy...

2018-11-13 09:20:57

QHT və MEDİA
Allen Alen: Azərbaycanda dinlərarası har...
Allen Alen: Azərbaycanda dinlərarası har...

Qonağa ölkəmizdəki sabit dini durum, tolerant və multikultural mühit barədə m...

CƏMİYYƏT

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

2018-11-11 09:25:21

CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Mü...

İQTİSADİ

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...

2018-11-05 10:10:57

İQTİSADİ
“Azərbaycan regionda mühüm tranzit rolu ...
“Azərbaycan regionda mühüm tranzit rolu ...

Bunu Baş nazir Novruz Məmmədov Astanada MDB Hökumət Başçıları Şurasının iclas...