QHT və MEDİA
A- A A+

QHT maarifləndirici layihəsini başa çatdırıb

2018-06-22 07:55:21

.

“Universitet Təhsilli Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Qadın hüquqlarının qorunmasının gənclər arasında təbligi məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” layihənin icrasını başa çatdırmışdır. Layihənin məqsədi kənd rayonlarında gənclərin qadın hüquqları sahədində maariflədirilməsidir.

Bu məqsədlə Bərdə (Alı Mustafayev adına məktəbdə), Tərtər (şəhər 6 saylı orta məktəbdə), İsmayıllı (şəhər 5 saylı orta məktəbdə), Qəbələ (Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində) rayonlarında gənclər üçün maarifləndirmə seminarları keçirilmişdir. Seminarlarda orta məktəblərin yuxarı sinif şagirdləri, kolleg və texniki peşə məktəblərin şagirdləri iştirak ediblər. Seminarlar rayon icra hakimiyyəti orqanlarının dəstəyilə təşkil edilib və bütün tədbirlərdə rayon icra hakimiyyəti orqanlarının nümayyəndləri, müvafiq təhsil qurumlarının rəhbərləri və müəllimləri də iştirak ediblər.

Seminar iştirakçıları dünyada və Azərbaycanda qadınların vəziyyəti, insan haqlarının tərkib hissəsi olaraq qadın hüquqlarının mahiyyəti, qadın hüquqları sahəsində beynəlxalq və milli qanunvericilik, Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi mexanizmləri və qadın hüquqlarının qorunması təcrübəsi ilə tanış olublar. Seminarlar interaktiv keçirilib, müzakirələrlə müşayət edilib. Müzakirələrdə müəllimlər də fəal iştirak ediblər. Seminarlarda gənc oglan və qızların birgə iştirakı da tədbirlərin daha maraqlı keçməsinə şərait yaradıb.

Seminar iştirakşılarına maarifləndirmə bukletləri, həmçinin üzərində “Azərbaycan Xalq Cümhuriyyəti-100” yazısı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının loqosu olan qələmlər-xatirə hədiyyələri paylanıb.

Fact-info.az


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 169

QHT və MEDİA

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

2018-07-19 10:15:01

QHT və MEDİA
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...

Bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

R.Z...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...