MƏDƏNİ
A- A A+

Azərbaycanın ədəbi əsərləri Avropada təqdim olunub

2018-06-21 09:15:48

Azərbaycan Tərcümə Mərkəzinin beynəlxalq layihələrindən olan “Azərbaycan hekayələri” kitabı Londonun Britaniya Kitabxanasında təqdim olunub. Tədbirdə İngiltərənin tanınmış elm və ədəbiyyat xadimləri, yazıçı və tədqiqatçılar iştirak ediblər

Kitabın redaktoru, ingilis filoloqu, yazıçı-tərcüməçi Anne Tompson çıxışında dünyanın dini və irqi ayrı-seçkilikdən, sosial və siyasi ədalətsizlikdən yeganə xilas yolunun qarşılıqlı anlaşma və ədəbiyyatlararası mübadilə olduğunu vurğulayıb. “Böyük xilas yolunun müjdəçisi olan bu nəşr sevginin və mərhəmətin dialoqu üzərində qurulmuş qardaşlıq, doğmalıq abidəsidir”, – deyə yazıçı Afaq Məsuddan sitat gətirən Anne Tompson Mərkəzin fəaliyyəti haqqında da tədbir iştirakçılarına geniş məlumat verib. Daha sonra ədəbi tənqidçi Vesna Petkoviç, məşhur “EU Today” dərgisinin baş redaktoru Hari Qartrayt, tərcüməçi-şair Karolina Valton, “University College London” universitetinin elmi işçisi Sevinc Baxış, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin əməkdaşı Hüseyn Hüseynov və digərləri çıxış edərək, kitabın ədəbi-bədii məziyyətləri barədə fikirlərini bölüşüblər. Tədbir kitaba daxil edilmiş əsərlərdən parçaların səsləndirilməsi ilə sona çatıb. Qeyd edək ki, müasir Azərbaycan ədəbiyyatının dolğun mənzərəsini əks etdirən kitaba 24 yazıçının – Əbdürrəhim bəy Haqverdiyev, Əli Vəliyev, Mir Cəlal Paşayev, Ənvər Məmmədxanlı, İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Anar, Vaqif Nəsib, Şahmar, Elçin, Mövlud Süleymanlı, Sara Oğuz, Seyran Səxavət, Məmməd Oruc, Kamal Abdulla, Aqil Abbas, Saday Budaqlı kimi ədiblərin hekayələri daxil edilib. Kitabın “Ön söz”ünün müəllifi “British Council Azərbaycan” ofisinin direktoru, filoloq Elizabet Uaytdır.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 209

QHT və MEDİA

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

2018-11-14 10:30:42

QHT və MEDİA
“Regionlarda ailə dəyərlərinin təbliği i...
“Regionlarda ailə dəyərlərinin təbliği i...

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı...

CƏMİYYƏT

2018-11-16 10:00:50

CƏMİYYƏT
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...

Fact-info.az xəbər verir ki, Sərəncama əsasən, İmadəddin Nəsiminin 650 illik...

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...