SİYASƏT
A- A A+

Ermənistan özünün təcrid vəziyyətində olduğunu ATƏT PA-nın sessiyasında bir daha nümayiş etdirdi

2015-07-14 09:30:32

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Parlament Assambleyasının (PA) iyulun 5-9-da Helsinkidə keçirilmiş 24-cü illik sessiyası çərçivəsində qəbul edilmiş Helsinki Bəyannaməsi və qətnamələri adlı sənədi şərh edib.

H.Hacıyev deyib ki, 1975-ci ildə imzalanmış Helsinki Yekun Aktının rəhbər prinsipləri və ümumi dəyərlərinə sadiqlik ruhunda keçirilmiş bu iclasın yekun sənədlərində ATƏT Parlament Assambleyasında təmsil olunan Azərbaycan deputatlarının Xarici İşlər Nazirliyi ilə əlaqələndirilmiş şəkildə həyata keçirdikləri səylər və onların ardıcıl fəaliyyəti nəticəsində ölkəmizin maraqlarına cavab verən fundamental məqamlar öz əksini tapıb.

Bu xüsusda, Helsinki Bəyanatının 4-cü bəndində BMT Nizamnaməsi və Helsinki Yekun Aktına tam şəkildə hörmət edərək, güc tətbiq edərək hədələmək və ya güc tətbiq etməkdən çəkinərək və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət edərək, ATƏT məkanında həlli uzadılmış münaqişələrin həlli üçün səylərin artırılmasına olan ehtiyac vurğulanır.

38-ci bənddə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquqa uyğun olaraq, razılaşdırılmış çərçivədə ATƏT məkanında olan həlli uzadılmış münaqişələrin həllinin təşkilat üçün prioritet olduğu bir daha vurğulanır.

Azərbaycan nümayəndə heyətinin müəllifi olduğu “ATƏT məkanında dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamədə Helsinki Yekun Aktının prinsiplərinin əsl mahiyyətinin təhrif olunması cəhdlərinə münasibətdə ciddi narahatlıq ifadə olunur və dövlətlərin bu prinsiplərə öhdəliyinin vacibliyi xüsusilə vurğulanır.

Qətnamədə Helsinki Dekaloqunda olan prinsiplərin üzvü şəkildə bir-biri ilə bağlı olduğu və onların bərabər və ümumilikdə tətbiq edilməsinin vacibliyi vurğulanaraq, bir dövlətin digər dövlətin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinməli olduğu kimi öhdəliyinin olduğu bildirilir.

Bunun ardınca dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri bir daha təsdiq olunaraq, güc vasitəsilə ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. Eyni zamanda, dövlətlərin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı gücdən istifadənin nəticəsində yaranmış vəziyyətin hüquqi qəbul edilməməsinə dair dövlətlərin öhdəliyi bir daha nəzərə çatdırılır.

Vacib məqamlardan biri də ondan ibarətdir ki, qətnamədə xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyinetmə məsələsinə də aydınlıq gətirilir. Qətnamənin 13-cü maddəsində deyilir: “.. (ATƏT Parlamenti) BMT Nizamnaməsi və beynəlxalq hüququn müvafiq normaları, xüsusilə dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə xalqların bərabər hüququ və öz müqəddəratını təyinetmə hüququnu təsdiq edir. Amma bu xüsusda vurğulayır ki, bu, hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz”.

Qətnamədə münaqişə nəticəsində didərgin düşmüş Azərbaycan əhalisinin təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıtmaq kimi ayrılmaz hüququ bir daha təsbit olunur. Beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması hallarına diqqəti çəkən qətnamədə, eləcə də dövlətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayət və beynəlxalq humanitar hüququn ciddi pozuntularını törətmiş şəxslərin istintaqa cəlb olunması və məhkum olunmasına və cəzasızlığa son qoyulmasına dair öhdəliklərini yerinə yetirməsinin vacibliyi vurğulanır.

Bundan əlavə, “Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər” adlı qətnamədə beynəlxalq humanitar hüquq əsnasında dövlətlərin öhdəliyi və məsuliyyəti qeyd olunur.

Nəzərə almaq lazımdır ki, ölkəmizin maraqlarına cavab verən bu fundamental məqamlar və haqqında bəhs olunan qətnamə Ermənistan nümayəndə heyətinin uğursuz cəhdlərinə baxmayaraq, ATƏT Parlament Assambleyasında təmsil olunan nümayəndələrin mütləq əksəriyyətinin dəstəyi nəticəsində öz təsbitini tapıb. Ermənistan bir daha özünün təcrid olunmuş vəziyyətdə olduğunu nümayiş etdirib.

Ermənistan tərəfi anlamalıdır ki, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində bu prinsiplərdən irəli gələn şərtlərin icra edilməsi məsuliyyəti bilavasitə Ermənistanın üzərinə düşür. Hərbi güc tətbiq edərək Azərbaycanın ərazilərini işğal edən tərəf Ermənistandır. Azərbaycanın işğal edilmiş ərazilərində çoxsaylı hərbi kontingent saxlayaraq hədə doğuran tərəf də məhz Ermənistandır. Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərində mövcudluğu həm də regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdiddir və qeyri-sabitliyin mənbəyidir.

Xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyinetmə hüququ ərazi bütövlüyünə zidd şəkildə ifadə edilməli olmadığı halda, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını, o cümlədən ölkəmizin ərazi bütövlüyünə qarşı güc tətbiqetmə və ya güclə hədələmə, gücdən istifadə etməklə ərazilərin ilhaqı və əhalinin zorla öz doğma yurdlarından qovulması kimi beynəlxalq hüquqa zidd hərəkətləri ört-basdır etmək məqsədilə bu prinsiplər təhrif edilir.

Mahiyyət etibarilə, beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair qəti mövqeyinin ifadəsi olan və baxılması üçün ATƏT-in üzv dövlətlərinin Nazirlər Şurasına təqdim olunan bu fundamental məqamlar mandatına uyğun olaraq, Helsinki Yekun Aktına əsaslanmalı olan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rəhbər prinsiplər kimi nəzərə alınmalı və onların icrası Ermənistandan tələb edilməlidir.

 

Ermənistanın Azərbaycana qarşı işğalı və təcavüzü aradan qaldırıldıqdan və Ermənistan qoşunları zəbt edilmiş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh və sabitlik bərqərar ola bilər.

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 869

QHT və MEDİA

2019-08-21 09:25:02

QHT və MEDİA
Leyla Əliyeva Fondun layihələri çərçivəs...
Leyla Əliyeva Fondun layihələri çərçivəs...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 20-də Fondun l...

2019-08-20 15:40:01

QHT və MEDİA
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənist...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...