SİYASƏT
A- A A+

“Azərbaycan münaqişələrin doğurduğu iztirab və çətinlikləri yaxşı anlayır”

2018-06-21 08:50:22

"20 iyun bütün dünyadakı qaçqınlarla həmrəyliyin ifadə edildiyi gündür. Bu il də dünyada qaçqınların sayı baxımından rekord göstəricinin şahidi olduq".

APA-nın xəbərinə görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio De Angelis Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə yekun nitqində deyib.

O bildirib ki, bu il qaçqınların sayı 2,9 milyon nəfər artaraq 68,5 milyon nəfərə çatıb: “Münaqişə və təqiblərdən xilas olmaq üçün ölkələrini tərk etmiş qaçqınların sayı 25,4 milyon nəfərdir və onların çoxu yaşı 18-dən az olan yeniyetmələrdir. Öz ölkələri daxilində didərgin düşmüş insanlar ümumilikdə 40 milyondur və bunların arasında azərbaycanlı məcburi köçkünləri də var". F. D. Angelis qeyd edib ki, Azərbaycan münaqişələrin doğurduğu iztirab və çətinlikləri yaxşı anlayır: "Mən Cocuq Mərcanlıya qayıdış münasibətilə hökuməti təbrik edir və arzu edirəm ki, bu qayıdış böyük qayıdışın əlaməti olsun”. Azərbaycanın bura gələn qaçqınlar üçün təhlükəsiz yaşayış təmin edəcək ölkə olduğunu söyləyən BMT təmsilçisi Bakının qaçqınların himayə və rifahının təmin edilməsində göstərdiyi əməkdaşlığı yüksək qiymətləndirib. F. D. Angelis əlavə edib ki, qaçqınlar ölkələrin sosial-iqtisadi inkişafına fayda verə bilər: “Gəlin, qaçqınların mənfi çalarda təqdim edilməsi, tənəzzüllə əlaqələndirilməsi kimi bəsit düşüncələri rədd edək. Dayanıqlı inkişaf prinsiplərinə sadiq qalaq və heç kəs diqqətdən kənarda qalmasın. Qaçqınlar da inkişafdan bəhrələnməlidir”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 828

QHT və MEDİA

2020-07-12 11:30:25

QHT və MEDİA
Bölgədə artan gərginliyin məsuliyyəti bi...
Bölgədə artan gərginliyin məsuliyyəti bi...

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin...

2020-07-11 08:05:36

QHT və MEDİA
Azay Quliyev seçicilərlə videogörüş keçi...
Azay Quliyev seçicilərlə videogörüş keçi...

Deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...