QHT və MEDİA
A- A A+

Danışıqlar uzansa Qarabağın …..

2018-06-19 07:05:37

.

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azərbaycanın yalnız müşahidəçi qismində müşahidə etməsi, Azərbaycan tərəfinin erməni işğalı ilə barışması fikri yaradır.

Harada görünüb ki ərazisi işğal olunmuş bir dövlətin başı üzərindən işğalçı dövlət işğal etdiyi əraziyə silah sursat daşısın, yüksək səviyyədə görüşlər təşkil etsin, işğala məruz qalan dövlət isə kənardan köks ötürə-ötürə yalnız müşahidə etsin. Sərhədlərini pozan bir dövlətin hərəkətlərinə laqeyidlik nümayiş etdirsin.

Yalnız təbliğatda mövcud olan “mütərəqqi dünya ölkələri”, eləcə də Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya, Fransa heç razı olardılarmı ki, hansısa qonşu dövlətin əsgərləri onların ərazisinin bir qismini işğal etsin. Onlarda buna dözümlülük nümayiş etdirsinlər. Məgər demokratik Avropa deyilən məkanın bir hissəsi sayılan İspaniyada bir neçə həftənin içində Katalon separatistlərinə necə cavab verildiyinin şahidi olmadıqmı? Dövlət bütün hallarda dövlətdir.

Ona görə də demək olmaz ki, bir dövlətin ərazi bütövlüyü digərinkindən daha vacibdir. Bu səbəbdən də “dünya birliyi” deyilən mücərrəd məhfuma çox da bağlanmaq lazım deyil. Başqa vaxt özümüzdə nəinki ABŞ-a və Avropaya, hətta cəmi dünyaya qarşı durmağa güc tapırıq, amma elə ki, məsələ gəlir Qarabağın üstünə, başlayırıq ki, dünya birliyi belə gəldi, Rusiya elə gətdi! Qardaş Türkiyə öz ərazi bütövlüyünü təmin etmək məqsədi ilə 700 milyard dollar büdcəsi olan ABŞ-a qarşı meydan oxumadımı? Nəticə nə oldu? – ABŞ terrorla mübarizədə Türkiyəyə əməkdaşlıq təklif etdi.

Ona görə də təcili ermənilərə elə zərbə vurmaq lazımdır ki, uzun müddət onlar üçün şok olsun– dünya güclə hesablaşır və gəlin biz də indiki reallığı dəyişib eləsini yaradaq ki, həmin dünya bizim reallıqlarımızla hesablaşmağa məcbur olsun. Hər il milyardlarla manat silahlanmaya pullar xərcləyirik. Bu silahları Ermənistana hədə - qorxu gəlmək üçünmü alırıq? Axı hər bir silahın bəlli müddəti var. Bu müddət keçdikdən sonar bu silahlar metal tullantılarına çevrilirlər. Ona görə də gəlin pullarımızı silaha verib tullantıya çevirməyək ... Gəlin kişi olub torpaqlarımızı işğaldan azad edək.

Laçın rayonunun Zabux kəndi ilə Gorus rayonunun Tex (Dığ) kəndləri arasında plakat quraşdırılıb. Dırnaqarası qurumun sərhədlərinin buradan başlandığını göstərir. Ermənistanın rəsmi mənbələrində Laçın, Kəlbəcər əraziləri də Dağlıq Qarabağ (Artsax) əraziləri kimi göstərilir.

Ermənistan rəhbərliyi Azərbaycan ərazilərində yaratdıqları dırnaqarası “DQR” – nın “Dövlət” simvollarını dünyada tanıtmaq üşün ciddi fəaliyyət həyata keçirir. Qarabağa hər il çoxlu sayda turistlər cəlb edirlər. Bu nə deməkdir? Bu o deməkdir ki, Danışıqlar daha bir az uzansa Qarabağın “müstəqilliyi” dünya dövlətləri tərəfindən de-fakto tanınacaq. Ona görədə düşünmək hələki gec deyil.

Faiq İsmayılov AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 162

QHT və MEDİA

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

2018-07-19 10:15:01

QHT və MEDİA
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...

Bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

R.Z...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...