2018-06-18 07:50:01 | SİYASƏT
Əflatun Amaşov: “Zaxarovanın sivil normaları aşdığı göz önündədir”

"Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarova nəinki diplomatik prinsiplərə, bütövlükdə etik davranış qaydalarına həqarətlə yanaşır"

APA-nın xəbərinə görə, bu barədə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov “Facebook”da yazıb. Ə.Amaşovun fikrincə, M.Zaxarovanı anlamaq olduqca çətindir: “Bəzən elə təəssürat yaranır ki, ölkənin Xarici İşlər Nazirliyinin ümumiyyətlə Rusiyaya aidiyyatı yoxdur. Əlbəttə, belə vəziyyətin yaranmasında nazir Sergey Lavrovun da ermənipərəst mövqeyinin böyük təsiri var. Ancaq mənə elə gəlir ki, Zaxarova özü ayrıca anti-azərbaycan adasıdır. Bilmirəm, bəlkə nə vaxtsa azərbaycanlı, yaxud azərbaycanlılarla bağlı şəxsi müstəvidə xoşagəlməz yaşantısı olub, ya nədir, konkret söz demək çox çətindir. Ancaq departament direktorunun sivil normaları aşdığı göz önündədir”. MŞ sədri xadırladıb ki, bu il iyunun 1-də Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Artyom Kojinin keçirdiyi mətbuat konfransında “Trend” İnformasiya agentliyinin xüsusi müxbiri Artyom Sokolov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda separatçı rejimin nümayəndələrinin də iştirakının vacibliyinə dair fikrini diqqətə çatdırmış və direktor müavindən məsələyə münasibət bildirməyi xahiş etmişdi. A. Kojin isə suala cavabında bildirmişdi ki, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT tərəfindən əsası qoyulan müvafiq relslərə uyğun gəlməyən səs-küylü bəyanatlar konstruktiv deyil: “Bununla bağlı konkret video-görüntü var və buna rəğmən sözügedən brifinqin Rusiyanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş mətnində Ermənistanın baş nazirinin mövqeyinin deyil, «Trend»in müxbirinin qeyri-konstruktiv olduğu önə çəkilib”. Ə.Amaşov həmçinin Azərbaycanın media ictimaiyyətinin iyunun 5-də məsələ ilə əlaqədar Mariya Zaxarovaya müraciət etdiyini xatırladıb: “Görünür, üzərindən on gün keçəndən sonra M.Zaxarova öz müavini Kojinin əlinə-ayağına bulaşdırdığı mövzuya yeni rənglər qatmaq qərarına gəlib. Onun sözlərindən belə qənaətə gəlmək olar ki, «Trend» İA-nın müxbiri mətbuat konfransında ümumiyyətlə ağzına su alıb oturmalıymış. Zaxarova XİN-in saytındakı açıq təhrifə görə üzrxahlıq etmək əvəzinə həmin təhrifə bir növ, haqq qazandırır”. “Hesab edirəm ki, M.Zaxarova bu açıqlaması ilə nəinki diplomatik prinsiplərə, bütövlükdə etik davranış qaydalarına həqarətlə yanaşır. Onun kor inada hesablandığı aşkar görünən mövqeyini anlamaq həqiqətən çox çətindir. Ortada fakt var. Faktın Rusiyanın Xarici İşlər Nazirliyinin saytında təhrif olunmuş formada təqdimatı var. Görünür, Ermənistan kimi forpost daxilində Kojinin məlum cavabına görə qalxan hay-küy Rusiya kimi böyük ölkənin xarici siyasət idarəsinin nüfuzundan daha vacib və üstündür. Zaxarovanın şəxsində Rusiya XİN-in bu duruma düşməsindən bir daha təəssüflənirik”, deyə MŞ sədri qeyd edib. Ə.Amaşov Azərbaycanın media ictimaiyyətinin Rusiyanın müvafiq qurumlarına yeni müraciətlər ünvanlamaq niyyətində olduğunu bildirib: “Görünür, Rusiya XİN-də mövcud olan məsuliyyətsizlik mühitinə ölkənin geniş ictimaiyyətinin diqqətini çəkmək lazımdır. Buna görə biz Azərbaycanın media ictimaiyyəti olaraq məsələ ilə bağlı Rusiyanın müvafiq qurumlarına yeni müraciətlər ünvanlamağı düşünürük. Çalışmalıyıq ki, Azərbaycanlı jurnalistə münasibətdə həyata keçirilən bu biabırçı yanaşma eyni zamanda Rusiya cəmiyyətində geniş müzakirə olunsun”.

Baxış sayı : 1009
Professor Surxay Musayev: “Vətən müharibəsi və COVİD- 19 pandemiyası zamanı bütün tibbi heyət üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdi” 2021-01-21 14:15:02 Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib 2021-01-21 13:40:37 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb 2021-01-21 12:55:15 Türkiyə Milli Müdafiə Nazirliyi: 20 Yanvar - Unutmadıq, unutmayacağıq! 2021-01-21 12:40:40 Könül Nurullayeva: “İşğaldan azad edilmiş torpaqların inkişaf modeli nümunəvi xarakter daşıyacaq” 2021-01-21 11:50:58 Türk şirkətləri azad edilmiş ərazilərdə tekstil sahəsinə 50 milyon dollar yatırım edəcək 2021-01-21 11:40:09 “20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə” 2021-01-20 17:50:20 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub 2021-01-20 19:05:56 Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət etdilər 2021-01-20 12:45:16 Arye Qut: Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir 2021-01-20 10:20:14 Tariximizin şanlı qəhrəmanlıq səhifəsi 2021-01-20 09:50:06 Zəfər savaşından bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev 2021-01-20 09:05:38 Prezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edildi 2021-01-20 09:00:31 Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilir - Fərman 2021-01-20 07:55:54 Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək 2021-01-19 16:55:50 Prezident İlham Əliyev: "XX əsrdə belə barbarlıq görünməyib" 2021-01-19 16:45:47 Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi 2021-01-19 08:35:37 "Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir" 2021-01-19 08:20:35 Prezidentin Şuşa səfəri 2021-01-19 07:25:17 Dini konfessiya rəhbərləri 20 Yanvarla bağlı bəyanat veriblər 2021-01-19 07:05:00 Kompleks yanaşma, innovativ təşəbbüslər medianı xilas edə bilər 2021-01-18 18:10:18 Prezident İlham Əliyev: “Hər şey planlı şəkildə, düzgün aparılmalıdır” 2021-01-18 18:50:05 Ərdoğan: "Qarabağda ortaya qoyduğumuz güclü iradə və qətiyyəti bütün dünyaya göstərdik" 2021-01-18 15:25:45 “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq” 2021-01-18 15:05:50