SİYASƏT
A- A A+

Müdafiə naziri: Ordumuz düşmən təxribatının qarşısını almağa hər an hazır olmalıdır

2018-06-17 09:30:17

Müdafiə Nazirliyində general-polkovnik Zakir Həsənovun rəhbərliyi və kollegiya üzvlərinin iştirakı ilə 2018-ci ilin qış tədris dövrünün yekunlarına dair geniş tərkibdə iclas keçirilib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazir müavinləri, qoşun növlərinin komandanları, nazirliyin baş idarə, idarə, müstəqil xidmət və şöbə rəisləri, birlik, birləşmə komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollegiya iclasında hesabat dövründə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə dinlənilib, son dövrlərdə həyata keçirilən islahatlar, qoşunların döyüş hazırlığının vəziyyəti və digər məsələlər müzakirə olunub. Müdafiə naziri 2018-ci ilin qış tədris dövründə Azərbaycan Ordusunun hazırlığının nəticələri və yay tədris dövründə qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış edib. Prezident İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını xüsusi qeyd edən nazir Ali Baş Komandanın rəhbərliyi ilə son illər ərzində qazanılan nailiyyətlərdən danışıb.

General-polkovnik Z.Həsənov cari ildə görülən tədbirləri təhlil edərək döyüş hazırlığı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələlərini, eləcə də düşmənin istənilən təxribatının qarşısının alınması və ona layiqli zərbə endirilməsi məqsədilə 2018-ci ilin yay tədris dövründə qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb. Qeyd edilib ki, ordumuz düşmən təxribatının qarşısını almağa hər an hazır olmalıdır. Müdafiə nazir Silahlı Qüvvələrin 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıqla bağlı səlahiyyətli şəxslərə müvafiq tapşırıqlar verib. Sonda kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.


Kateqoriya : SİYASƏT Baxış sayı : 412

QHT və MEDİA

2019-03-26 11:30:12

QHT və MEDİA
“Azərbaycan Ədəbiyyatı Antologiyası” kit...
“Azərbaycan Ədəbiyyatı Antologiyası” kit...

Strasburqun mərkəzi “Kleber” kitab evində təşkil olunan tədbirdə tanınmış elm...

2019-03-23 20:05:03

QHT və MEDİA
QHT təmsilçiləri ön cəbhədə əsgərlərimiz...
QHT təmsilçiləri ön cəbhədə əsgərlərimiz...

Kimliyindən asılı olmayaraq hər bir vətəndaş Azərbaycanın ərazi bütövlüyünü q...

CƏMİYYƏT

2019-03-26 11:15:39

CƏMİYYƏT
Əli Həsənovun əsəri Buxarestdə rumın dil...
Əli Həsənovun əsəri Buxarestdə rumın dil...

Artıq on üçüncü dildə nəşr edilmiş əsərdə son iki əsrdə erməni millətçiləri t...

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

İQTİSADİ

2019-03-25 09:50:31

İQTİSADİ
Tramp Türkmənistanın Azərbaycan vasitəsi...
Tramp Türkmənistanın Azərbaycan vasitəsi...

ABŞ Prezidenti Donald Tramp Xəzərin statusunun müəyyən edilməsi ilə əlaqədar...

2019-03-23 09:50:08

İQTİSADİ
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...

Azərbaycanın OPEC və təşkilata daxil olmayan ölkələrin razılaşmasında iştirak...