SOSİAL
A- A A+

QHT-nin əliliyi olan şəxslərə dəstək layihəsi

2018-06-16 15:10:15

.

Əlil vətəndaşlara diqqət və qayğını gücləndirmək məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin tərəfindən “Əlilliyi olan vətəndaşların tibbi-reabilitasiyası və əmək fəaliyyətindəki imkanları ilə bağlı monitorinqlərin keçirilməsi” layi¬hə¬sini çərçivəsində Ramazan bayramı münasibəti ilə tədbir keçirdi.

Tədbirdə çıxış edən “VMƏK” İctimai Birliyinin sədr müavini və layihənin rəhbəri Məcid Məmmədov layihə haqqında bildirib: “Məqsədimiz Əlillərin Tibbi-Sosial Ekspert Komissiyalarına və rayon poliklinikalarında qanunda nəzərdə tutulmuş dövlət hesabına pulsuz müalicəvi sanatoriyalarına getmələri üçün köməklik göstərərək onların müalicələrinini təşkil etməkdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Mərkəzləri ilə birgə əməkdaşlıq edərək, əlillərin işlədikləri idarələrdə və başqa əmək müəssisələrində yaranmış problemləri monitorinq edərək araşdırıb onlara hüquqi köməklik göstərmək və əlil vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir.

Qanununvericiliyə əsasən əlil vətəndaşlar ildə bir dəfə dövlət büdcəsi hesabına pulsuz tibbi-reabilitasiya kursu keçməli və pulsuz putyovkalarla müalicəvi sanatoriyalara göndərilərək orada müalicə olunmalıdırlar. Əlil vətəndaşlarımızın müalicələrini təşkil etmək məqsədi ilə dövlət hər il nəzərdə tutulan qədər vəsait ayırır. Əlillərin çox hissəsi bilmirlər ki, müalicəvi sanatoriyalarda müalicə olunmaları üçün hara və necə müraciət etsinlər. Layihə, Bakının Sabunçu, Xəzər və Naftalan rayonlarında əlilliyi olan işçilərin işləyib-işləməmələri və Əlillərin Bərpa Məkəzi, Xəzər rayonunun Şağan qəsəbəsində Müharibə əlillərinin Müalicə Sanatoriyası və Naftalan Müalicə Sanatoriyaında, xəstəxanalarda monitorinq aparılacaqdır.

«Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»nin direktoru Sərraf Oruc çıxış edərək xususi ilə vurğuladı ki, «Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və ve¬teran¬lara qay¬ğı göstərmək həm dövlətin həm də cəmiy¬yətin başlıca vəzifələ¬rin¬dən biridir!». Adları qeyd olunan vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını ar¬tır¬¬maq məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərən¬camlar imzalanmışdır.

Ədalət və Hüquq” MMC-nin drektoru və hüquq müdafiyəçisi Azər Səfərov, İlham Əhmədov çıxış edərək bildirdilər ki, əlilliyi olan şəxslərin əmək hüquqlarının qorunması və təmin edilməsi dövlətin sosial siyasətinin əsas istiqamətlərindən birini təşkil etməli və bu kateqoriyadan olan işçilərin reabilitasiya işinin vəziyyəti, onlara qayğı və diqqət göstərilməsi dövlət əhəmiyyətli məsələ hesab edilməlidir. Tədbirin sonunda “VMƏK” İctimai birliyi tərəfindən hər il olduğu kimi on bir ayın sultanı Ramazan bayramı münasibəti ilə bu ildə hazılanmış bayram sovqatı Qarabağ müharibəsi əlillərinə və imkansız aztəminatlı aillərə paylanıldı.

Tədbir iştirakçılarından, “VMƏK” İctimai Birliyinin sədr müavini, ehtiyatda olan polkovnik-leyntnant Elşən Məhərrəmov “Ədalət yolu” qəzetinin baş redaktoru Yasəmən Qəyumlu və Qarabağ müharibəsi əlilləri çıxış edərək belə bir layihəni həyata keçirildiyinə görə ilk novbədə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və Qarabağ müharibəsi əlillərinə və imkansız aztəminatlı aillərə Ramazan bayramı münasibəti ilə bayram sovqatı verdiyi üçün “VMƏK” İctimai Birliyinin sədri Qurban Məmmədova və təşkilatın rəhbərliyinə oz minnətdarlığını bildirdilər.


Kateqoriya : SOSİAL Baxış sayı : 244

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

2018-09-20 21:35:13

CƏMİYYƏT
Hacıbəylilər qardaşları və Azərbaycan mu...
Hacıbəylilər qardaşları və Azərbaycan mu...

XX əsr musiqi mədəniyyətimizə bir neçə şəxsiyyətlər bəxş etdi. Xoşbəxtlikdən ...

İQTİSADİ

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...