QHT və MEDİA
A- A A+

“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirə

2018-06-16 07:05:23

.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi “Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla “QARABAĞ DÜNƏN VƏ BUGÜN” mövzusunda ictimai müzakirələrin aparılması” layi¬hə¬si Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus və səfirliklərlə rəsmi görüşlər davam edir. Layihədə nəzərdə tutulmuş növbəti görüş 13.06.2018-ci il tarixdə, Ukraynanın Azərbaycandakı səfirliyində keçirildi.

Görüşdə iştirak edən, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin 1-ci müavini xanım Valentina Volkova və Səfirliyin hərbi ataşesi polkovnik Yuri Oksyoneko, Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi sədri Tahirə Məmmədova, sədr müavini Rauf Mükumov, birliyin mətbuat katibi Sevinc Axundov və Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun Prezidenti, Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”nın Ali Məclisinin Getmanının Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi general-mayor Sərraf Orucovun iştirakı ilə görüş keçirilərək “QARABAĞ DÜNƏN VƏ BU GÜN” layihəsi səfirliyin əməkdaşları ilə müzkirə oldu. “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin sədri Tahirə Məmmədova səfirliyin işçilərinə həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma və digər məqamlarla bağlı məlumatları beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Tahirə Məmmədova bildirdi ki, 1988-1993 və 2016-cı illər ərzində Ermənistan silahlı qüvvələri və onlara himayədarlıq edən dövlətlərin hərbi təcavüzü nəticəsində 1 miliyondan çox insan (ümumi əhalinin 15%-i) qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, azərbaycanın 20%-dən çox ərazisi işğal edilmişdir. Ermənistanda yaşayan 300 min nəfərə yaxın azərbaycanlı öz doğma yurdlarından son nəfərədək zorla qovulmuşdur. 700 minədək azərbaycanlı öz vətənində məcburi köçkün həyatı yaşayır. Qeyd olunan müddət ərzində 30 mindən artıq azərbaycanlı həlak olmuş, 50 min nəfərə qədər əlil olmuş, 4853 nəfər isə itkin düşmüş və əsir götürülərək amansız işgəncələrə məruz qalmışlar. Onların taleyi bu günədək məlum deyil.

Görüşdə iştirak edən Sərraf Orucov bildirdi ki, Ukrayna xalqı Azərbaycana olan sevgisini nümayiş etdirərək könüllü olaraq, Azərbaycanın Milli Ordusunda xidmət edərək Qarabağda torpaqlarımızın yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşmüşdür. Onlardan 2 nəfəri Qarabağda erməni işğalçılarına qarşı gedən qızğın döyüşdə göstərdiyi qəhrəmanlıqlara görə, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər. 26 ildən artıqdır ki, bu ədalətsiz müharibəyə dünya birliyi hələ də biganə yanaşır. Hazırda Qarabağda yaşayan ərazilərdə soydaşlarımız hər gün təhlükə altındadırlar. Güllə, mərmi atəşləri altında qorxulu, həyacanlı günlər yaşayarlar. Bu gün Azərbaycan kimi eyni oxşar probləmlə üzləşərək çox saylı qırğınlarla münaqişəyə məruz qalmış dövlətlərdən biri də, Azərbaycan xalqına dost dövlət sayılan Ukraynadır.

Ukraynanın səfirliyinin 1-ci müavini xanım Valentina Volkova Səfirliyin rəhbərliyi adından qonaqları salamlayaraq dedi: “Ukraynanın dost öklə kimi həmişə bütün sahələrdə, xüsusilə də Qarabağ mövzusunda hər an Azərbaycan dövlətinin yanında olduğunu və Azərbaycana dəstək verməyi, dayaq olmağı özümüzə müqəddəs borc bilirik” deyərək öz fikirlərini səmimi şəkildə ifadə etdi”. Xanım Valentina Volkova məlumat üçün eyd etdi ki, 2014-cü ilin aprelindən, Ukraynanın Donetsk və Luqansk regionlarında baş verən və bu gündə davam edən Donbass müharibəsi nəticəsində şəhər və qəsəbələrə bombalar yağdırılaraq dağıdımışdır. 10 minlərlə Ukrayna vətəndaşı öz doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Xanım Valentina Volkova çıxışınında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ hərbi münaqişəsi nəticəsində çoxsaylı insan ölümünün olmasından təəssüfləndiyinin bildirərək həlak olanlara Allahdan rəhmət dilədi. Sonra müzakirələr digər qonaqların iştirakı ilə davam etdirildi.

Fact-info.az


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 219

QHT və MEDİA

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

2018-11-14 10:30:42

QHT və MEDİA
“Regionlarda ailə dəyərlərinin təbliği i...
“Regionlarda ailə dəyərlərinin təbliği i...

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı...

CƏMİYYƏT

2018-11-16 10:00:50

CƏMİYYƏT
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...

Fact-info.az xəbər verir ki, Sərəncama əsasən, İmadəddin Nəsiminin 650 illik...

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...