İQTİSADİ
A- A A+

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır

2018-06-13 10:15:31

Azərbaycanda 2018-ci il dövlət büdcəsində müdafiə xərcləri üçün ayrılan vəsaitin məbləği artırılır

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəsində ümumilikdə müdafiə xərcləri üçün vəsait 2.739 milyard manatdan 2.905 milyard manata qədər artırılıb.

Bu məbləğdən müdafiə qüvvələri üçün nəzərdə tutulan vəsait 1.366 milyard manatdan 1.384 milyard manata, milli təhlükəsizlik üçün 111.658 milyon manatdan 130.358 milyon manata qaldırılıb. Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 2.663 milyon manat olaraq qalıb, digər kateqoriyalara aid edilməyən xərclərə sərf ediləcək vəsait isə 1.258 milyard manatdan 1.388 milyard manata qaldırılıb.

Dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin iyunun 28-29-da keçirilməsi nəzərdə tutulan növbədənkənar iclaslarında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, ümumilikdə 2018-ci il dövlət büdcəsində bütün istiqamətlər üzrə xərclər artırılır. Bu artım dünya bazarında neftin qiymətinin artması ilə əlaqədardır. Belə ki, 2018-ci il dövlət büdcəsində neftin bir barelinin baza qiyməti 45 dollar müəyyən olunmuşdu, lakin dünya bazarında neftin qiymətinin artması ilə əlaqədər dövlət büdcəsində neftin bir barelinin baza qiyməti 55 dollar olaraq müəyyənləşdirilir.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 398

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...