CƏMİYYƏT
A- A A+

Pirallahıda növbəti tədbir keçirilib

2018-06-12 20:40:25

Pirallahı rayon təşkilatı Qadınlar Şurası Heydər Əliyevin hakimiyyətə qayıdışının 25-ci ildönümünə həsr olunmuş "15 iyun 1993-cü il Azərbaycanda inkişafın başlanğıcıdır"adlı tədbir keçirib

12 iyun 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurası Heydər Əliyevin hakimiyyətə qayıdışının 25-ci ildönümünə həsr olunmuş "15 iyun 1993-cü il Azərbaycanda inkişafın başlanğıcıdır"adlı tədbir keçirib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığını görən xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Heydər Əliyevin Azərbaycanda yenidən böyük siyasətə qayıtdığını və bu qayıdışın ümid və sevinclə qarşılandığını, həmin günün isə Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazıldığını qeyd edib. Kəmalə Mustafayeva qısa bir zamanda iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyevin respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdiyini və ulu öndərin müəyyənləşdirdiyi milli inkişaf kursunun cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə böyük inamla, əzmkarlıqla davam etdirildiyini, Azərbaycanın bu gün dünya birliyində özünə layiqli yer tutduğunu və iqtisadiyyatın artım tempinə görə dünyada lider mövqedə dayandığını, Azərbaycan xalqının öz xilaskarının xidmətlərini unutmadığını və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd etdiyini söyləyib. Sonra 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş olunub.

Tədbirdə çıxış edən digər natiqlər Milli Qurtuluş Gününün Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan ümumxalq bayramına çevrildiyini, 15 iyunun Azərbaycan xalqının öz taleyini həll etdiyi gün olduğunu vurğulamışlar. Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin məhz ulu öndərin adı ilə bağlı olduğunu, ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri, müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi, dövlət quruculuğu sahəsindəki titanik fəaliyyətini bir daha təhlil etmişlər.

Tədbirin sonunda Pirallahı rayonunda fəaliyyət göstərən 186 saylı orta məktəbin şagirdlərinin ifasında Heydər Əliyevə həsr olunmuş şeirlərdən ibarət kompozisiya səsləndirildi.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 361

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...