CƏMİYYƏT
A- A A+

“Hazırda Günnüt minalardan təmizlənir, sakinləri kəndə köçürüləcək”

2018-06-11 08:40:31

Xəbər verdiyimiz kimi, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Ordumuzun nəzarəti altına keçib

Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub. Naxçıvan parlamentinin deputatı Tariyel Talıbov saytımıza açıqlamasında kənd sakinlərinin işğaldan azad edilən ərazilərə köçürülə biləcəyindən danışıb.

“1992-ci ildə işğal edilən Günnüt kəndinin əhalisinin çoxu Sədərək, Şərur rayonlarında məskunlaşıb. Kəndin sakinləri sevinc içindədir. Əhalinin ora köçürülməsi istiqamətində işlər gedir. Hazırda hərbçilərimiz ərazini minalardan təmizləyir. Bu işlər yekunlaşandan sonra insanlar kəndə köçüb məskunlaşacaq”.

Deputat Günnüt kəndinin zəngin torpaq sahəsi olduğunu da bildirib. “Günnüt kəndinin ərazisi 11 hektara yaxın torpaq sahəsidir. Həmin ərazi yabanı bitki və heyvanat aləmi ilə də zəngindir. Mussonlar, bəbir var. Sıradan kənd olmayıb. Artıq Qızılqayaya qədər ərazilər götürülüb. Hakim mövqelər bizdədir. Ermənilərin güllə atması bizi qorxutmur. Bir güllə atanda 3 yerdən cavabını alırlar. Günnüt kəndini geri qaytaran zaman bir əsgərimiz şəhid oldu”.

Qeyd edək ki, ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur qalıb.(Modern.az)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 150

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...