SİYASƏT
A- A A+

“Paşinyan hakimiyyətdən saldığı Sarkisyandan çox “Sarkisyan” olmaq istəyir”

2018-06-11 07:40:20

Ermənistanda “aşağılar”ın etirazı məxməri inqilabla nəticələndi. Nikol Paşinyan lazımi vaxtda, lazımi yerdə olmağı bacardı. İndi o, Ermənistanın baş naziridir, Serj Sarkisyan isə “tarixin arxivi”nə göndərildi

Ermənistanın yaratdığı qondarma “Dağlıq Qarabağ rejimi”ndə də inqilabi proseslər yaşanmaqdadır. Təhlillər göstərir ki, burada da “peşəkar” inqilabçı Paşinyanın “dirijor çubuğu” öz işini görməkdədir. İndi S. Sarkisyanın “adamı” Bako Saakyan hədəfdədir. Deməli, bu inqilabı artıq “yuxarılar”ın inqilabı kimi də qiymətləndirmək olar. Taktiki baxımdan Paşinyan özünü uduşlu vəziyyətdə hiss edə bilər. Strateji baxımdan isə onun məğlub səviyyəsinə enişini şərtləndirən bir sıra ciddi amillər var. Fact-info.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib. Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Ermənistanı və qondarma “Qarabağ rejimi”ni sistemli iflasa gətirən əsas səbəb Azərbaycan torpaqlarının işğalı faktı ilə bağlıdır. Elə bu səbəbdən də Ermənistan bumeranq effekti ilə üzləşib və Azərbaycanın iqtisadi, enerji və nəqliyyat blokadası siyasətinin hədəfindədir. Paşinyan bu səbəbin aradan qaldırılması və bununla da üzücü təcrid siyasətindən qurtulmaq naminə hələ ki, heç bir addım atmır. Hətta bir çox hallarda zorla hakimiyyətdən saldığı Sarkisyandan çox “Sarkisyan” olmaq istəyir. Əksini düşünənlər son günlər ərzində Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi aşağıdakı absurd fikirlərə diqqət yetirsinlər:

-Münaqişənin tənzimlənməsi prosesində qondarma “Dağlıq Qarabağ rejimi” tamhüquqlu tərəf kimi iştirak etməlidir. Bu, birinci addım olmalıdır;

-Buna nail olmaq Azərbaycanın qondarma rejimin legitimliyini tanıması kimi qiymətləndiriləcək. Bu halda ikinci addım bu rejimin beynəlxalq birlik tərəfindən tanıdılması istiqamətində atılmalıdır.

-Bu prosesdə üçüncü və həlledici addım isə artıq beynəlxalq birliyin subyekti olmaq hüququnu qazanmış qondarma “Dağlıq Qarabağ respublikası”nın Ermənistan Respublikası ilə birləşdirilməsi ilə olmalıdır;

-O, baş nazir olaraq Azərbaycan Prezidenti ilə danışıqlarda “Dağlıq Qarabağ respublikası”nı hüquqi baxımdan təmsil edə bilməz. Bunu Ermənistanın əvvəlki prezidentləri Köçəryan və Sarkisyan edə bilirdi. Çünki onlar Dağlıq Qarabağdan çıxmış və ona rəhbərlik etmiş şəxslərdir. Özünün isə Dağlıq Qarabağla oxşar bağlılığı yoxdur;

-Münaqişənin tənzimlənməsi prosesində Dağlıq Qarabağın azərbaycanlı icmasının iştirakı mümkünsüzdür. Çünki bu icmanın təmsilçiləri artıq Azərbaycan vətəndaşlığını qəbul ediblər və ölkələrdə seçki proseslərində iştirak ediblər.

Elman Nəsirov qeyd edib ki, Paşinyanın bu cılız “arqumentləri” ilə tanış olduqda xalqımızın məşhur “bişmiş toyuğun gülməyi gəlir” deyimi yada düşür. Onun heç bir tənqidə dözməyən bu mövqeyinə qarşı çox ciddi, təkzibolunmaz faktlar var. Əvvəla sual yaranır ki, əgər doğrudan da Paşinyanın söylədiyi kimidirsə, bəs onda Dağlıq Qarabağda nəyə görə Ermənistanın hərbi hissələri yerləşir? İkincisi, Ermənistan vətəndaşları hansı əsasla Dağlıq Qarabağda hərbi xidmət keçir? Paşinyan parlament kürsüsündən bəyan edir ki, oğlunu hərbi xidmət keçmək üçün məhz Dağlıq Qarabağa göndərəcək. Parlament və hökumət üzvlərini də analoji addım atmağa səsləyir. Faktiki olaraq, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən qorunduğu heç kəsə sirr deyil. Ümumiyyətlə, qondarma “Dağlıq Qarabağ respublikası”nın Ermənistandakı xunta rejimi tərəfindən yaradıldığı və idarə olunduğu heç vaxt “tamamilə məxfi” qrifində saxlanılan məsələ olmayıb və bu gün də belədir. Yeri gəlmişkən, Paşinyanın nonsens kimi qarşılanan bu mövqeyi müttəfiqi hesab olunan Rusiyada da narazılıq doğurub.

Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyinin departament rəisi Artyom Kojim Ermənistanın baş nazirinin bu fikirlərini “qeyri-konstruktiv mövqe” kimi qiymətləndirib. Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da “Nezavisimaya” qəzetinin müxbirinin “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müstəqil tərəf kimi iştirakının mümkünlüyü” ilə bağlı sualına cavab olaraq bildirib ki, bu məsələyə yalnız Ermənistan və Azərbaycan arasında razılaşma olacağı təqdirdə baxıla bilər. Bu məsələdə Sergey Lavrov Azərbaycanın prinsipial mövqeyi ilə yaxından tanışdır. Deməli, əslində o, Dağlıq Qarabağın danışıqlar prosesində iştirakının mümkünsüzlüyünü Ermənistana başa salıb.

Elman Nəsirov qeyd edib ki, Ermənistanın yeni baş nazirinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı səsləndirdiyi son fikirlər psixoloji sayıqlamalardan başqa bir şey deyil. Görünür, gərgin inqilabi proseslərin mərkəzində yer almış Paşinyanın bu qovhaqovda ən çox zərər görmüş orqanı məhz başı olub. Bəs, Ermənistanın yeni rəhbərliyinin düşdüyü labirintdən çıxış yolu varmı? Bəli, var. Bu yolu növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin müqəddəs Ramazan bayramı münasibətilə təşkil etdiyi iftar mərasimində göstərdi. Dövlətimizin başçısı bildirdi ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini təkrar etməməlidir, konstruktiv danışıqlar aparmalıdır, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Bəli, bu, Ermənistanın yeganə nicat yoludur. Paşinyan bunun əksini edərsə, Sarkisyanın yolu ilə getmiş olacaq. Sözün bütün mənalarında...


Kateqoriya : SİYASƏT Baxış sayı : 265

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...