QHT və MEDİA
A- A A+

Regionlarda Prezidentin Fərmanına ictimai dəstək verilir

2018-06-10 08:45:14

.

8 iyun 2018-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maaliyyə dəstəyi ilə, Azərbay¬can Respub¬likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu Qərb bölgəsinin Ağstafa rayonunda “Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə dəstək” layi¬hə¬sində nəzərdə tutulmuş “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda maarifləndirmə tədbiri keçirildi.

Toplantı da adiyyəti olan idarələrin, Ağstafa rayon İcra Hakimiyyətinin, QHT- rəhbərləri, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələri, müharibə əlilləri və ve¬teran¬lar iştirak etdilər. Tədbir məqsədi o qədər marağlı və ictimaiyyəti düşündürən mövzu olduğundan iclasa hətdda qonşu Qazax rayondan şəhid ailləri və müharibə əlliləri gələrək iştirak edirdilər.

Toplantı Azərbaycan Respublikasının müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş soydaşlarımızın xatirəsi yad edilərək öz işinə başladı. Ağstafa rayon İcra Hakimiyyətinin İctimai-siyasi məsəllər şöbəsinin müdiri Əziz Məsmaliyev çıxış edərək tədbir iştirakçılarını Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin adından salamlayaraq belə bir mühüm əhəmiyyətli layihənin Qərb bölgəsinin Ağstafa rayonunda həyata keçirərək şəhid ailələrinin birdəfəlik sığorta vəsaitinin almalarına və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə hüquqi köməklik gostərərk, onlar arasında maarifləndirmə işi təşkil etdikləri üçün, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun əməkdaşlarına öz təşəkkürünü bildirdi.

Daha sonra layihənin direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun prezidenti Sərraf Oruc bildirdi ki, «Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və ve¬teran¬lara qay¬ğı göstərmək həm dövlətin həm də cəmiy¬yətin başlıca vəzifələ¬rin¬dən biridir!». Adları qeyd olunan vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını ar¬tır¬¬maq məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərən¬camlar imzalanmışdı.

Həyata keçirilən layihənin əsas məqsədi də, məhz 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə, Azərbaycan Respublikasının Prezidentinin, 19 aprel 2018-ci il tarixli Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik sığorta vəsaitinin almaları üçün ayrı-ayrı regionlarda maarifləndirmə işləri aparmaq və hüquqi köməklik göstərməkdən ibarətdir.

Layihə çərçivəsində həmçinin regionlarda, Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış müharibəsi əlillərinin xarici ölkələrdə müalicələrinin, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstəriləcəkdir.

Daha sonra Prezdentin məlum Fərmanının icrasına adiyyəti olan idarəin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəisi mayor Füzuli Əliyev rəsmi statistik məlumar verərək bildirdi ki, Ağstafa rayonu üzrə 421 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı, 69 nəfər Beynəlmiləl Döyüşçülər Əfqanıstan, 15 nəfər isə digər məhəlli müharibəsi veteranı, 152 şəhid ailəsi, onlardan 4 nəfəri Azərbaycanin Milli Qəhranıdır, 1258 nəfər Qarabağ müharibəsi veteranı vardır. Sonuncu şəhidimiz 20 may 2018-ci tarixində, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğludur.

Daha sonra Prezdentin məlum Fərmanına adiyyəti olan idarəin Ağstafa rayonu Dövlət Sosial Müdafiyə Fondunun müdiri Oktay Məsməliyev, Dövlət Sığorta Kommersiya Şirkətinin Ağstafa rayon filalının direktoru Sahib Salıfov, Dövlət Sığorta Kommersiya Şirkətinin Qazax rayon filalının direktoru Mübariz Abdullayev, Ağstafa rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatıma Vəliyeva, Gənclər və İdman Nazirliyinin Ağstafa rayon idarəsinin baş məsləhətçisi Turan Hüseyinov, Əfqanıstan Müharibəsi Veteranları" Birliyinin Ağstafa rayon şöbəsinin sədri Mirzahid Haciyev, Silahlı Qüvvələr və Əmək Respublika Veteranlar Təşkilatının Ağstafa rayon şöbəsinin sədri Fərhad Əliyev, Respublika Axsaqqalar Şurasının Ağstafa rayon şöbəsinin sədri Firdovsi Heydərli, “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” ictimai birliyinin Ağstafa rayon şöbəsinin sədri Asif Abdullayev çıxış edərək şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitləri haqqında şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial məsəllər ilə əlaqədar iclas iştirakçılarına ətraflı məlumat verdilər.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2018-ci il tarixində imzaladığı Fərmanını müsbət qiymətləndirərək, cənab Prezidentə və Fərmanın regionlarda icra olunmasına ictimayi dəstək verdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Azərbay¬can Respub¬likası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun əməkdaşlarına öz təşəkkürlərini bildirdilər.

Tədbirdə şəhid ailələrinə, müharibə əlillərinə Prezidentin 19 aprel 2018-ci il tarixində imzaladığı Fərmanını haqqında maarifləndirmə bukleti paylanıldı və Ağstafa rayon adiyyəti olan idarələrin rəhbərləri tərəfindən şəhid ailələrini, müharibə əlillərinı maraqlandıran suallara aydınlıq gətirildi. Ağstafa rayonunda şəhid ailələrinə, müharibə əlillərinə, vetranlara göstərdikləri diqqət və qayğıya və gənclərin hərbi vətənpərvərlik ruhunun aşılamasındakı xidmətlərinə görə bir neçə nəfərə Fəxri –Fərmanlarla və Respublika Veteranlar Təşkilatının medalı təqdim edilərək yekunlaşdı.

Fact-info.az

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 335

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...