SİYASƏT
A- A A+

Ziyafət Əsgərov: "Azərbaycan uzun illərdir ədalətin bərpa olunmasını tələb edir”

2018-06-09 10:30:24

"Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının sammitinin Bakıda keçirilməsi ölkəmizin siyasi həyatında əlamətdar hadisədir. Ümid edirəm ki, burda aparılan müzakirələr alyansın məqsədlərinin həyata keçirilməsinə kömək edəcək".

Məlumata görə, bunu Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bu gün Bakıda keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammitinin açılışında deyib. Z. Əsgərov vurğulayıb ki, indi dünya birliyi terrorizm, separatizm, qaçqın, məcburi köçkün, insan alveri, narkotiklə mübarizə, iqlim dəyişkənliyi, epidemiya kimi problemlərin həlli üçün səmərəli yollar tapmaqla üz-üzə gəlib.

Z. Əsgərov deyib ki, beynəlxalq mühit çərçivəsində parlament nümayəndələri arasında əməkdaşlığın, fəallığın gücləndirilməsi universal xarakter daşıyır. O bildirib ki, Azərbaycan Milli Məclisinin deputatları fəaliyyəti gedişində ölkəmiz barəsində həqiqətləri bütün dünyaya çatdırmaq üçün mümkün olan hər şeyi edir və bu siyasi dialoq, iş birliyi Dağlıq Qarabağ münaqişəsi və digər problemlərin həllinə kömək göstərə bilər.

"Azərbaycan uzun illərdir torpaqlarının işğalı ilə bağlı beynəlxalq birliyə çağırış edərək ədalətin bərpa olunmasını tələb edir. Biz əminik ki, bu və digər problemlər beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq nizama salınacaq və bu da Avropada sülh, sabitlik , təhlükəsizliyin təminatına xidmət edəcək", - deyə Z. Əsgərov əlavə edib. (apa)


Kateqoriya : SİYASƏT Baxış sayı : 223

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...