TƏDQİQATLAR
A- A A+

Erməni faşizmini ifşa edən fundamental əsər

2018-06-08 23:40:52

Azərbaycanın tanınmış filosofu Əmrəli İsmayılovun rus dilində yazdığı "Erməniliyin və erməni faşizmin ideologiyası, fəlsəfəsi və cinayəti" adlı kitab bu yaxınlarda çapdan çıxıb

Zəngin tarixi faktlar əsasında qələmə alınmış bu fundamental kitabı elmi ictimaiyyət böyük maraqla qarşılayıb.

Bakı Dövlət Universitetinin dosenti Məcid Əfəndiyev kitab haqqında rəyini ifadə edərək deyib: "Fəlsəfə üzrə fəlsəfə doktoru, nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ-də və postsovet məkanında tanınmış görkəmli alim Əmrəli İsmayılovun "Erməniliyin və erməni faşizmin ideologiyası, fəlsəfəsi və cinayəti" adlı geniş həcmli kitabının çapdan çıxması diqqətəlayiq elmi-tarixi hadisə kimi dəyərləndirilməlidir. Əmrəli İsmayılov onlarla beynəlxalq, regional və respublika elmi simpoziumlarında, konfranslarda və seminarlarda fəal çıxış etmiş, respublikamızı, xalqımızı və elmimizi ləyaqətlə təmsil etmişdir. Onun 40 çap vərəqi (628 səh.) həcmində yazdığı bu kitab hər bir vətənpərvər azərbaycanlıya, vətənpərvər Azərbaycan oxucusuna böyük mənəvi-elmi hədiyyədir.

18 bölmədən ibarət, dərin elmi, siyasi və milli məzmuna malik olan bu kitabda erməniliyin, erməni faşizminin iç üzü açıqlanır, erməni ideologiyasının mənfur, insanlığa zidd mahiyyəti, Ermənistanın təcavüzkar, işğalçı siyasətinin məqsədi, ermənilərin tarixən digər ölkələrə və xalqlara, qonşularına, ilk növbədə Türkiyə və Azərbaycana qarşı əsassız, çirkin ərazi iddiaları konkret faktlar əsasında nəzərə çatdırılır. Kitabın ən dəyərli məqamlarından biri ondan ibarətdir ki, ermənilərin riyakarlığı, yalançılığı, simasızlığı, mənfur mənəviyyatı real elmi, publist mənbələr əsasında açıqlanır. Təkcə belə bir məqamı qeyd etmək kifayətdir ki, müəllif erməni ideologiyası, faşizmi barədə fikirlərini əsaslandırmaq üçün məhz xristian aləmini təmsil edən mütəfəkkirlərin, dünyada tanınmış alim və siyasətçilərin fikirlərinə, eləcə də xristianlıq mətbuatının səhifələrinə müraciət etmişdir.

Müəllifin böyüklüyü və fikirlərinin inandırıcı olması həm də onunla təsdiqlənir ki, o, heç bir türk və Azərbaycan mənbələrindən istifadə etməmişdir. Ən maraqlı cəhət eləcə də bundan ibarətdir ki, ermənilərin mənəviyyatsızlığı, siyasi riyakarlığı məhz erməni müəlliflərinin fikirləri, məlumatları əsasında oxucuya çatdırılır. Kitabda 1918-ci ilin martında ermənilərin Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə törətdiyi qırğınlara hərtərəfli, real faktlar əsasında və dərindən aydınlıq gətirilir. Xocalı soyqırımına xüsusi diqqət yetirilir, yaşlılara, qadınlara və uşaqlara qarşı qəddar, amansız və qeyri-insani münasibət yalnız yazılı formada deyil, həm də çoxsaylı foto şəkillər əsasında ifadə olunur, erməni faşizminin və ideologiyasının mürtəce və qeyri-bəşəri məqsədi beləcə vurğulanır.

Zənnimizcə, Əmrəli müəllimin bu çox dəyərli kitabı ermənilərin tarixini, bugününü, ideologiyasını, fəlsəfəsini və faşizmini, türklərə və azərbaycanlılara qarşı tarixi düşmənçiliyini çılpaqlığı ilə açan ilk kitabdır. Vətənpərvər Azərbaycan oxucusuna bu kitabı əldə edib oxumağı tövsiyə edirəm".


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 326

QHT və MEDİA

2019-01-21 16:05:30

QHT və MEDİA
20 Yanvar hadisələri Braziliya mətbuatın...
20 Yanvar hadisələri Braziliya mətbuatın...

Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Braziliyada fəaliyyət ...

2019-01-20 11:55:08

QHT və MEDİA
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ...

CƏMİYYƏT

2019-01-21 09:05:07

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Time...

2019-01-18 22:05:32

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında...

İQTİSADİ

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...