QHT və MEDİA
A- A A+

"Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi" mövzusunda Beynəlxalq Konfrans keçirilib

2018-06-08 18:25:27

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) "Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi" mövzusunda Beynəlxalq Konfrans keçirib

Beynəlxalq Konfransda Dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri və xarici ölkə səfirliklərinin nümyəndələri media və QHT rəhbərləri, ziyalılar, tələbələr iştirak ediblər. Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov açaraq konfrans iştirakçılarını salamlayıb. O, Azərbaycanın ərazi bütövlüyünün pozulması və bir milyondan artıq məcbur köçkün həyatı yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi istiqamətində dünya birliyini ciddi qərarlar qəbul etməyə, Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz Regionuna ciddi təhdid olduğunu bildirib. Politoloq Rufiz Qonaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə yaxın günlərdə söylənilən fikrini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb: "Ermənistanın Cənubi Qafqazda etnik separatizmi davam edir və bu da regionda təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Bütün səylərə baxmayaraq Ermənistanın işğala son qoymaması regional və qlobal təhlükəsizlik sistemi üçün də ciddi təhdiddir. Ermənistanda baş verən son hakimiyyət dəyişikliyindən sonra prosesin normallaşmasına ümid vardı. Amma indiki rejimin də mahiyyəti özündən əvvəlkinə bənzəyir. Azərbaycanın sülh təkliflərinə qulaq asmayacaqlarsa, torpaqlarımız güc yolu ilə azad ediləcək”.

Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Ermənistanın Cənubi Qafqazda xalqların təhlükəsizliyinə qarşı davam etməkdə olan təhdid siyasətinin aradan qaldırılması istiqamətində region dövlətlərinin bir araya gəlməsinin vacibliyini vurğulayaraq, Beynəlxalq ictimaiyyətin ədalətsiz qərarlarına etirazını bildirib. Komitə sədri bildirib ki, nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyib, Cənubi Qafqazda xalqların dinc və yanaşı yaşaması məsələsi sual altında qalır. Həmçinin dünya birliyinin işğalçı tərəfin bu hərəkətlərinə etinasız münasibəti müasir beynəlxalq münasibətlər sistemi üçün arzuolunmaz ənənələrin təməlini qoyur.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar prosesində vəziyyəti” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan tərəfinin ənənəvi separatizm siyasəti bu danışıqların effektivliyinə mane olur. Ermənistanda hakimiyyət dəyişikliyi də bu prosesə hələ ki, öz töhfəsini verməyib. Azərbaycan sülh yolu ilə torpaqlarımızın azad olunmasının tərəfdarıdır və bunu dəfələrlə bildirmişik. Biz bunu bütün səviyyələrdə bəyan etmişik və Ermənistanı bir daha danışıqlar yolu ilə problemi həll etməyə çağırırıq. Millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov "Ermənistan-Azərbaycan-Dağlq Qarabağ münaqişəsinin həlli yeni mərhələdə" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, bu proses illərdir davam edir. Ermənistandakı hakimiyyət dəyişikliyi prosesi müsbət istiqamətdə aparmalıdır. Amma hələ bunun nəticəsi gürünmür. Ermənistan tərəfi anlamalıdır ki, bu münaqişə nəticəsində özlərini pis duruma salıblar və Ermənistanda faktiki olaraq, iqtisadi və siyasi böhrandır. Siyasi böhran, iqtisadi böhran, demoqrafik böhran Ermənistanı süquta aparır.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov “Ermənistanın Azərbaycana təcavüzü beynəlxalq münasibətlər sistemində” mövzusunda geniş çıxış edib. O bildirib ki, 30 ilə yaxındır ki, ərazilərimiz iğşal olunub. Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən imtina edir. Müxtəlif beynəlxalq qurum və təşkilatlar tərəfindən, o cümlədən dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz bəyan edilməsinə baxmayaraq, Ermənistan geri çəkilmir və faktiki olaraq 20 faizdən çox ərazimiz işğal altında, 1 milyondan çox soydaşımız məcburi köçkün həyatı yaşayır. Bunu bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar bilir. İndiki mərhələdə Ermənistana sanksiyalar tətbiq edilməlidir ki, BMT-nin Qətnamələri icra edilsin.

Ffilologiya elmləri doktoru, ekspert Rövşən Məmmədov isə "Cənubi Qafaz regionu: erməni terrorunun doğurduğu real təhdidlər və tarixi həqiqətlər" mövzusunda məruzə edib. Natiq bildirib ki, Ermənistanın işğalçılıq siyasəti keçmişdə də, indi də təkcə bizim üçün deyil, bütün region üçün təhdid olub və qalmaqda davam edir. Bununla bağlı tarixi faktları sadalamaqla bitmir. İstər ötən əsrin əvvəllərində, istər 1918-20-ci illərdə, istərsə 1948-50-ci illərdə, istərsə də 1988-ci ildən üzübəri bu siyasət davam etdirilir. Nəticədə regionda humanitar fəlakətin bitməsinə imkan verilmir".

İsrailli beynəlxalq ekspert Arye Qut isə "Erməni separatizmi və onun törətdiyi təhlükələr İsrail mətbuatında" mövzusunda konfrans iştirakçılarına məlumat verib. O, bildirib ki, ermənilər hər zaman təxribatla məşğul olublar və öz siyasətlərini dünya tərəfindən qəbul etdirməyə də çalışıblar. İsrail mətbuatında ermənilərin məkrli niyyətlərini ifşa edən çoxsaylı yazılar və məqalələr dərc edilir. Qondarma erməni soyqırımı iddiası ilə bağlı da son zamanlar çoxlu yazılar dərc edildi və İsrail parlamenti bu soyqırımın tanınması ilə bağlı müraciəti öz gündəliyindən çıxardı. Məruzələrə yekun vuran Azərbaycan Respublikasının Prezident Administrasiyasının məsul əməkdaşı Rasim Mirzəyev bu kimi beynəlxalq konfransların keçirilməsinin ölkəmizin və regiounun təhlükəsizliyi istiqamətində əhəmiyyətindən danışdı. Administrasiya rəsmisi ermənistanın separatizm siyasətinin qarşısının alınması istiqamətində BMT qətnamələrinə diqqəti yönəltdi. O, bildirdi ki, Ermənistanın işğalçılıq siyasəti BMT-nin 4 qətnaməsində də öz əksini tapmışdır. Ermənistan beynəlxalq hüquqa əməl etməklə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, öz etnik separatizm əməllərindən imtina etməlidir. Ermənistanın faktiki işğal siyasəti region üçün böyük təhlükə, ciddi təhdid mənbəyidir.

Məruzə ətrafında Millət vəkili, siyasi elmlər doktoru professor Hikmət Məmmədov, Millət vəkili politoloq Rasim Musabəyov, Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva, Millət vəkili, politoloq Aydın Mirzəzadə, Türkiyəli alim və ekspert Çiğdəm Şahin, politoloqlar Nəzakət Məmmədova və Mübariz Əhmədoğlu cıxış edərək bildiriblər ki, Ermənistanın Cənubi Qafqaz xalqları üçün davam etdirdiyi aqressiv, antihumanist siyasətinin qarşısının alınmasında beynəlxalq təşkilatlar, diaspor qurumları, vətəndaş cəmiyyətləri fəal olmalı, erməni separatzminin qarşısının alinmasında yaxından iştirak etməlidirlər. Bunun üçün kifayətdir ki, Cənubi Qafqazın bütün media vasitələri-sosial şəbəkələr, bütünlükdə isə hər bir vətandaş separat təhdidlərlə mübarizədə özünü dördüncü hakimiyyət- KİV nümayəndəsi hesab etsin. Millət vəkilləri və politoloqlar cıxışlarında Ermənistanın danışıqlarda sərgilədiyi qeyri-konstruktiv mövqeyinin özlərinin əleyhinə işlədiyini, siyasi və iqtisadi tənəzzülə gətirib cıxardığını konkret faktlarla konfrans iştirakçlarının diqqətinə çatdırıblar.

Sonra məruzələr ətrafında çıxışlar davam etdirilib. Tədbirin sonunda Beynəlxalq Konfransın iştirakçıları adından Ermənistanın Cənubi Qafqazda separatizm siyasəti və regionun təhlükəsizliyinə dair Bəyanat qəbul edilib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 560

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-21 23:20:27

İQTİSADİ
“Star” neft emalı zavodunun açılışı regi...
“Star” neft emalı zavodunun açılışı regi...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...