CƏMİYYƏT
A- A A+

Brüsseldə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir keçirilib

2018-06-08 09:00:51

Brüsseldəki tarixi “Grand Place” meydanında yerləşən meriya binasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş rəsmi qəbul və pianoçu İsfar Sarabskinin konserti keçirilib

Tədbir Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi tərəfindən Brüssel şəhər meriyasının dəstəyi ilə təşkil olunub. Tədbirdə Belçikanın dövlət qurumlarının, Avropa İttifaqının təsisatlarının və Brüsseldə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, eləcə də bu ölkənin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Azərbaycanın Belçikada və Lüksemburqdakı səfiri, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov çıxış edərək yaradılmasının 100 illik yubileyinin geniş qeyd olunduğu Azərbaycan Xalq Cümhuriyyətinin milli tariximizdə mühüm yer tutduğunu bildirib. Cümhuriyyətin cəmi 23 ay yaşamasına baxmayaraq, demokratik dəyərlər və prinsiplər əsasında fəaliyyət göstərdiyini vurğulayan diplomat bu qısa müddətdə qadınlara səsvermə hüququnun verildiyini, ölkə ərazisində yaşayan etnik, milli azlıqların parlamentdə təmsil olunduğunu xatırladıb, müasir Azərbaycan Respublikasının keçdiyi şanlı müstəqillik yolu barədə məlumat verib. Daha sonra məşhur pianoçu İsfar Sarabski maraqlı konsert proqramı ilə çıxış edib. Tanınmış pianoçunun ifası tamaşaçılar tərəfindən dərin rəğbətlə qarşılanıb. Sonda tədbir iştirakçılarının şərəfinə ziyafət verilib. Qonaqlara Azərbaycanın milli mətbəxinin ləziz nümunələri təqdim edilib.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 278

QHT və MEDİA

2019-02-21 09:30:11

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Bunu Trend-ə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəs...

2019-02-20 10:50:56

QHT və MEDİA
Xarici media Azərbaycan həqiqətlərindən ...
Xarici media Azərbaycan həqiqətlərindən ...

Mavritaniyanın “Vətən xəbərləri”, “Əl-Hassad” və “Aqlam” qəzetlərində “Mavrit...

CƏMİYYƏT

2019-02-20 09:45:03

CƏMİYYƏT
Yaddaşımdakı Ağa Laçınlı
Yaddaşımdakı Ağa Laçınlı

Ağa Laçınlı ağayana kişi idi. Kitabxanamın "Xəzinə" bildiyim guşəsində əziz v...

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

İQTİSADİ

2019-02-21 10:00:56

İQTİSADİ
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...

Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir. Trend-...

2019-02-20 09:30:35

İQTİSADİ
"Xəzərin statusu barədə Konvensiya Xəzər...
"Xəzərin statusu barədə Konvensiya Xəzər...

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xəl...