QHT və MEDİA
A- A A+

Avstraliya Senatında Azərbaycanın ərazi bütövlüyünə dəstək

2018-06-07 08:30:24

Avstraliya Senatında Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirilib

APA-nın Avstraliya senatına istinadən verdiyi məlumata görə, mayın 31-də Avstraliya Senatının xarici işlər, müdafiə və ticarət komitəsində rəsmi Kanberranın xarici və müdafiə siyasətinə dair dinləmələr keçirilib.

Dinləmələr zamanı bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Avstraliyanın tutduğu mövqe müzakirə edilib. Dinləmələr zamanı Yaşıllar Partiyasının üzvü olan senator Li Riannon Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual ünvanlayıb. O, Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean regionu üzrə naziri xanım Konçetta Fierravanti-Velsin “Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, o cümlədən Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini qəti şəkildə dəstəkləyir" bəyanatına istinad edərək, bunun Avstraliyanın dəstəklədiyi ATƏT-in Minsk prosesinin bütün təməl prinsiplərinə uyğunluğunu soruşub.

Sualı cavablandıran Avstraliya Xarici İşlər və Ticarət Departamentinin Avropa və Latın Amerikası İdarəsinin rəhbəri Kətrin Reyper Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin, habelə Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmamasının Avstraliya hökumətinin uzunmüddətli siyasəti olduğunu bir daha təsdiq edib. Həmçinin, o, bildirib ki, rəsmi Kanberra ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 400

QHT və MEDİA

2019-05-22 21:50:37

QHT və MEDİA
"Azərbaycanın Milli Qəhrəmanları" silsil...
"Azərbaycanın Milli Qəhrəmanları" silsil...

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətin...

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...