SİYASƏT
A- A A+

Tbilisidə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığına dair konfrans keçirilib

2018-06-06 07:50:47

Tbilisidə “Azərbaycan-Gürcüstan-Türkiyə: Üçtərəfli əməkdaşlığın qlobal və regional determinantları” mövzusunda beynəlxalq konfrans keçirilib

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Beynəlxalq və Strateji Araşdırmalar üzrə Gürcüstan Fondu (Rondeli Fondu) və Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun, elmi-tədqiqat mərkəzlərinin, yerli KİV və hökumət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edənlər üçtərəfli əməkdaşlığın perspektivlərindən, üç ölkənin iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən danışıblar. Bu layihələrin təkcə Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, Avropa və Asiya ölkələrinin inkişafında da mühüm rol oynadığı qeyd olunub.

Çıxışlarda regional inkişaf baxımından Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının vacibliyi vurğulanıb, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, TANAP və TAP layihələrinin enerji təhlükəsizliyindəki rolundan danışılıb, Bakı-Tbilisi-Qars dəmir yolunun Qərblə Şərq arasında əsas körpü rolu oynadığı qeyd edilib. Həmçinin konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs olunub.

Konfransın panel iclaslarında bölgənin iqtisadi inkişafı, qlobal və regional güclərin maraqlarının kəsişməsi fonunda üçtərəfli əməkdaşlığın vacibliyi və regional inteqrasiyanı gücləndirən əsas faktorlar, region dövlətlərinin ortaq və fərdi maraqlar kontekstində Qərblə əlaqələrinin intensivləşməsi və bu proseslərdə sözügedən ölkələrin yeri və roluna dair bir sıra məsələlər müzakirə edilib.(Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 155

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...