SOSİAL
A- A A+

Azərbaycan təhlükəsizlik sahəsində ABŞ-ın aparıcı tərəfdaşıdır

2018-06-06 07:40:16

Bu fikir ABŞ Helsinki Komissiyasının sədri Rocer Uikerin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyanatında yer alıb

ABŞ Senatının Missisipi ştatını təmsil edən respublikaçı üzvü, ABŞ Helsinki Komissiyasının sədri Rocer Uiker Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, bəyanatda ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu bildirilir. 1920-ci ildə bolşeviklərin Azərbaycana müdaxiləsilə ölkənin Sovet İttifaqının tərkibinə qatıldığı, lakin Sovet İttifaqının dağılması ilə Azərbaycanın yenidən 1991-ci ildə müstəqilliyini bərpa etdiyi vurğulanır. ABŞ-ın yenidən Azərbaycanın müstəqilliyini tanıyaraq 1992-ci ildə diplomatik əlaqələr qurduğu qeyd edilir.

Bəyanatda Azərbaycanın təhlükəsizlik sahəsində ABŞ-ın aparıcı tərəfdaşı olduğu xüsusi bildirilir. Diqqətə çatdırılır ki, 2002-ci ildən Azərbaycan qoşunları Əfqanıstanda xidmət göstər, ABŞ-a və NATO tərəfdaşlarına yadım edir. Azərbaycanın şimal paylayıcı şəbəkəsi vasitəsilə Əfqanıstana hərbi yüklərin daşınmasında mühüm tranzit rolu oynadığı, habelə ölkəmizin Əfqanıstana gedən ABŞ hərbi heyətinin Azərbaycan hava məkanından istifadəsinə icazə verdiyi vurğulanır.

Bəyanatda dünyəvi Azərbaycanın nümunəvi bir dövlət olduğu bildirilir, ölkəmizin Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı qeyd edilir. Sonda isə senator Azərbaycan xalqına öz səmimi təbriklərini çatdırır.


Kateqoriya : SOSİAL Baxış sayı : 738

QHT və MEDİA

2020-01-23 11:00:50

QHT və MEDİA
İtaliya qəzetində Azərbaycan səfirinin e...
İtaliya qəzetində Azərbaycan səfirinin e...

Yanvarın 17-də İtaliyanın tanınmış “La Verita” qəzetində jurnalist Gianluca D...

2020-01-21 18:55:30

QHT və MEDİA
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ m...
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ m...

Türkiyə Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsini özünü...

CƏMİYYƏT

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

2020-01-22 11:35:39

CƏMİYYƏT
İsraildə Milli Qəhrəmanımız Albert Aqaru...
İsraildə Milli Qəhrəmanımız Albert Aqaru...

Fevralın 2-də İsrailin Təl-Əviv şəhərində Rusiya Mədəniyyət Mərkəzində “Qürbə...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...