MƏDƏNİ
A- A A+

İtaliya televiziyasında Azərbaycana həsr olunmuş veriliş yayımlanıb

2018-06-05 11:05:34

.

İtaliyanın “SKY 835 AB Channel” kanalının “Eurasia News TV” proqramı iki iyun tarixli buraxılışını Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə İtaliyanın “Edizione Nuova Cultura” nəşriyyat evi tərəfindən çap edilmiş “Heydər Əliyev və müstəqil Azərbaycan” kitabının təqdimat mərasiminə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar keçirilmiş rəsmi qəbula həsr edib.

Proqramda “Heydər Əliyev və müstəqil Azərbaycan” kitabının təqdimat mərasimində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin, kitabın həmmüəllifləri - Roma Sapienza Universitetinin professorları Daniel Pommier Vinçelli və Andrea Karteninin, İtaliyanın Azərbaycandakı sabiq səfiri Marqarita Kostanın çıxışları, eyni zamanda, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri, uğurlu daxili və xarici siyasəti, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, ictimai-siyasi sabitliyinin təmin olunması, dövlətçiliyinin gücləndirilməsi, beynəlxalq münasibətlərin fəal üzvünə çevrilməsi, o cümlədən İtaliya və Müqəddəs Taxt-Tac ilə münasibətlərinin qurulması və inkişafı barədə məlumatlar yer alıb. Kitabın təqdimatı mərasimində Azərbaycan və İtaliya musiqiçilərinin konsert proqramından da görüntülər yayımlanıb.

Həmçinin verilişdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda səfir Məmməd Əhmədzadənin, İtaliya tərəfdən əsas qonaqlar qismində iştirak edən Senatın sədri Maria Elsabetta Kasselati və xarici işlər nazirinin müavini Benedetto Della Vedovanın çıxışlarına yer verilib. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi yol, əldə olunmuş nailiyyətlər, regional əməkdaşlıq və sabitliyə verdiyi töhfələr, ölkəmizin multikulturalizm ənənələri, Azərbaycan-İtaliya strateji tərəfdaşlığından bəhs olunub.

İki ölkə arasında yüksəksəviyyəli siyasi dialoq və güclü iqtisadi əməkdaşlıq məsələlərinə toxunularaq Cənub Qaz Dəhlizinin, o cümlədən Trans-Adriatik boru kəmərinin həm Avropanın enerji təhlükəsizliyinə, həm də Azərbaycan-İtaliya əlaqələrinə töhfəsi vurğulanıb. Həmçinin iki ölkə arasında humanitar, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq məsələləri, bu xüsusda Heydər Əliyev Fondunun töhfələrinə toxunulub. Verilişboyu Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinə dair bir sıra videoçarxlar da nümayiş etdirilib.(Azərtac)


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 174

QHT və MEDİA

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

2018-08-13 09:10:17

QHT və MEDİA
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkməni...

CƏMİYYƏT

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

2018-08-10 10:55:07

CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisini...

İQTİSADİ

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...

2018-08-09 12:00:01

İQTİSADİ
Hikmət Babaoğlu: “Cənub Qaz Dəhlizi” lay...
Hikmət Babaoğlu: “Cənub Qaz Dəhlizi” lay...

Bu layihənin müəllifi olan Azərbaycan onun reallaşdırılması zamanı bütün müm...