CƏMİYYƏT
A- A A+

Vətən, Xalq, Dövlət öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmur!

2018-06-05 10:20:46

.

“Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanması uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və ve¬teran¬lara qay¬ğı göstərmək həm dövlətin həm də cəmiy¬yətin başlıca vəzifələ¬rin¬dən biridir”.

Şəhid və hərbi qulluqçuların ailələrinin üzun müddətdir ki, həsrətlə gözlədikləri və cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında aprelin 19-da imzaladığı fərmanı cəmiyyətdə müsbət razılıqla qarşılandı. 1997-ci il avqustun 2-dək, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulan 11 min manat məbləğində birdəfəlik sığorta pullar ödənilmirdi. İllərdir bununla bağlı Ali Məhkəmədə, Konstitusiya Məhkəməsində və Milli Məclisdə dəfələrlə müzakirə olunmuşdu. Bu fərmanın verilməsi üzun müddətdir ki, həsrətlə gözləyən 8801 nəfər Şəhid və hərbi qulluqçuların ailələrini çox sevindirdi.

Prezidentin bu mühüm fərmanın icrasına məsul olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sosial Sığorta Şirkəti ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbay¬can Respub¬likası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun 25 aprel -25 avqust 2018-ci il tarıxinə kimi həyata keçirəcəyi “Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə dəstək” layi¬hə¬si çərçivəsində ictimai dəstək verəcəkdir.

Həyata keçirilən layihənin əsas məqsədi və məramı məhz 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə, Azərbaycan Respublikasının Prezidentinin, 19 aprel 2018-ci il tarixli Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik sığorta vəsaitinin almaları üçün hüquqi köməklik göstərməkdən ibarətdir.

Məlum Fərmanın 5-ci bəndinə əsasən həmin kateqoriyaya aid olan şəxslərin ümumi siyahısı aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilərək üç ay müddətinə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməlidir. Hərbi qulluqçuların adının siyahıda olub-olmaması müyyən edildikdən sonra bu Fərmandan irəli gələn digər tələblər nəzərə alınmaqla birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul edilməsi müəyyən edilmiş qaydada adiyyəti üzrə həyata keçiriləcəkdir. Şəhid və itkin düşənlərin vərəsələri kimlərdir və pul vəsaitləri kimlərə ödəniləcəkdir, hazırda bu məsələ ilə bağlı adiyəti təşkilatlar tərəfindən dəqiqləşmə aparılır. İlkin hesablamaya görə, 8801 nəfər ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş insanların ailəsinə şamil olunur. Dövlət büdcəsindən bu vəsaitləri ödənilməsi üçün 96 milyon 811 min manat vəsait ödəniləcəkdir. Təbi ki, 11 min manat pul vəsaiti almaq üçün vəfat edən şəxsin valideynləri, övladları və həyat yoldaşının vərəsəlik hüquq almaları üçün onların arasında narazılıqlar qaçılmazdır və bununla da aidiyyəti qurumlar məşğul olacaq. Şəhid və itkin düşənlərin vərəsələri kimlər sayılırlar? Bu məsələ Mülki Məcəllənin 159-cu maddəsində aydın şəkildə göstərilib: “Belə ki, vəfat edən şəxsin valideynləri, övladları və həyat yoldaşı birinci növbə vərəsədir. Birinci növbədə olan vərəsələrdən bir nəfərin belə sağ qalması digər növbədə olan vərəsələrin qanun üzərində vərəsəliyini istisna edir. Məsələn, elə hallar ola bilər ki, şəhidin həyat yoldaşı uşaqlarını atıb gedib, amma indi pula görə ortaya çıxıb pul tələb edə bilər. Və yaxud da əksinə, uşaqların anaları əziyyətini çəkib, indi isə şəhidin valideynləri həmin pula sahiblənmək istəyə bilər. Şəhidin varisinin kim olduğunu müəyyənləşdirmək üçün qanunvericilik var və orada bu kimi hüquqi və mənəvi məsələlər təsbit olunub”. Sənədlər elektron şəklində deyil, kağız formasında qəbul olacaqdır. Çünki vətəndaşların hamısında elektron imza yoxdur. Ümid edirik ki, Azərbaycan Respublikasının Prezidentinin, 19 aprel 2018-ci il tarixli fərmanı tətbiq edilərək icrası başa çatdıqdan sonra cənab Prezidentin bu istiqamətdə növbəti fərmanı I qrup Qarabağ əlillərinə 8 min 8 yüz manat, II qrup Qarabağ əlillərinə 6 min 600 manat, III qrup Qarabağ əlillərinə isə 4 min 400 manat birdəfəlik sığorta pulunun ödənilməsi ilə bağlı olacaq və tezliklə onlarında sığorta məsələləri öz həllini tapacaqdır.

Vərəsəlik hüququ almaq üçün tələb olunan sənədlər.

Şəhid və itkin düşəmək haqqında Şəhadətnamənin sürəti ( Notariat qaydasında təsdiq olunmalıdır); Şəhid və itkin düşən tərəfindən valideyinlərinə və həyat yoldaşına vermiş Vəsiyyətnamə (Sənədin əsli

Şəhid və itkin düşənin nigah haqqında Şəhadətnamənin sürəti (Notariat qaydasında təsdik olunmalıdır); Müraciət edən vərəsəin şəxsiyyətini təsdiq edən sənədin sürəti.

Yaşayış yerindən arayış; Bankda açılmış xüsusi hesab haqında bankın arayışı.

Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»nin direktoru Sərraf Oruc. Mobil:(+99455) 210 9716.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 274

QHT və MEDİA

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

2018-08-13 09:10:17

QHT və MEDİA
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkməni...

CƏMİYYƏT

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

2018-08-10 10:55:07

CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisini...

İQTİSADİ

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...

2018-08-09 12:00:01

İQTİSADİ
Hikmət Babaoğlu: “Cənub Qaz Dəhlizi” lay...
Hikmət Babaoğlu: “Cənub Qaz Dəhlizi” lay...

Bu layihənin müəllifi olan Azərbaycan onun reallaşdırılması zamanı bütün müm...