QHT və MEDİA
A- A A+

Şuşanın mədəni irsinə aid olan tarix və mədəniyyət abidələrinin sayları dəqiqləşdirildi

2018-06-05 09:50:19

İşğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinin istərsədə mədəni irsimizin digər sahələrinə aid olan mədəni dəyərlərimizin sayları barədə ölkə mediasında eləcə də rəsmi dövlət qurumlarında həmişə ikili, bəlkə də üçlü münasibətlər olub

Beləki, işğal altındakı mədəni irs nümunələrimizin sayları haqqındakı məlumatlar birinin digərləri ilə müqayisədə uyğunsuzluq təşkil edir. Bu isə daha çox düşmən tərəfin təbliğatına münbit şərait yaradır. Odur ki bu problemi aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" ictimai birliyi "Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatlar barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması" adlı layihə çərçivəsində Şuşanın mədəni irsinə aid olan tarix və mədəniyyət abidələrinin sayları dəqiqləşdirildi.

Bu ərazidəki abidələrin sayları dəqiqləşdirilərkən, hər bir abidənin görüntüsü əldə edilmiş, yerləri və coğrafi əraziləri və hal-hazırdakı vəziyyətləri müəyyənləşdirilmişdir. Şuşa şəhərindəki tarix və mədəniyyət abidələrinin sayları dəqiqləşdirilərkən aşağadakı nəticələr əldə edilmişdir:

Şuşa şəhərindəki memarlıq abidələrinin sayı: - 820,

Arxeoloji abidələrin sayı: - 73,

Bağ- park, monumental və xatirə abidələrinin sayı: - 7,

Muzeylərin sayı: - 7,

Şəkil Qalareyalarının sayı: - 1,

Muzey eksponatlarının sayı: - 17 022 əd. İşğal altındakı Azərbaycanın mədəni irsi haqqında daha müfəssəl məlumat;

Azərbaycanın İşğal altındakı daşınmaz tarix və mədəniyyət abidələrinin Elektron Məlumat Bazasından və “Müharibə qurbanları: - tarixi abidələr” adlı saytdan http://occupation-aze-monuments.com/ana-sehife/ əldə etmək olar. Yaxın iki ay ərzində Qarabağın keçmiş Hadrud, Martuni, Əsgəran və Ağdərə rayonlarının da ərazilərində olan tarix və mədəniyyət abidələrinin dəqiqləşdirilmiş siyahısı ictimaiyyətə təqdim ediləcəkdir.

Faiq İsmayılov

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri;

AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı;

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 993

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...