SİYASƏT
A- A A+

Prezident İlham Əliyev: Bizim sözümüz ədalətdir və həqiqətdir

2018-06-04 07:35:47

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 62-ci kitabı çapdan çıxıb

Bizim sözümüz bütün mötəbər tribunalardan səslənir. Biz sözümüzü deyirik. Bizim sözümüz ədalətdir və həqiqətdir. Ədalət və həqiqət bizim tərəfimizdədir. Ona görə strateji xəttimizi nəzərə alaraq biz öz ardıcıl addımlarımızı atırıq və atacağıq. Əminəm ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı bu gün cəmiyyətdə mövcud olan həmrəylik, vətənpərvərlik duyğuları ilə fəxr edir. Fəxr edir ki, Azərbaycan bu zirvələrə çata bilmişdir.

...Azərbaycan cəmiyyəti monolitdir. Bizi bir-birimizə bağlayan əsas amil həmrəylikdir və düzgün seçilmiş hədəfdir. Hədəf isə çox aydındır. Biz müasir dövlət qururuq, azad cəmiyyət yaradırıq, demokratiyanın inkişafı əsas şərtdir, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra daha da ciddi aparılacaqdır. Biz ancaq və ancaq öz gücümüzə güvənirik. Bu siyasət öz səmərəsini vermişdir.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 62-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2014-cü il mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimdə səsləndirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 62-ci kitabındakı materiallar 2014-cü ilin aprel-may aylarını əhatə edir. Nəşrin bu cildində Prezident İlham Əliyevin İran İslam Respublikasına, Çex Respublikasına, Gürcüstana səfərləri zamanı keçirdiyi görüşlər, imzalanan sənədlər, mətbuat üçün bəyanatlar, habelə ölkəmizə səfər etmiş Fransa Prezidenti ilə apardığı danışıqlar barədə materiallar yer alıb. Çoxcildliyin bu kitabına dövlətimizin başçısının Litva, Fransa, Səudiyyə Ərəbistanı, ABŞ, Qazaxıstan, İspaniya, Niderland, Rusiya və digər ölkələrin, NATO, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatların ölkəmizə gəlmiş yüksəkvəzifəli şəxslərini, eləcə də Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun iştirakçısı olan nüfuzlu ictimai-siyasi xadimləri qəbul etməsinə dair informasiyalar daxil edilib. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Bu cilddə, həmçinin ölkə rəhbərinin Xəzər Beynəlxalq Su Texnologiyaları sərgisi və konfransının, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin iştirakçılarına müraciətləri dərc edilib. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqinin, Naxçıvanda muxtar respublikanın 90 illiyinə həsr olunmuş mərasimdəki çıxışının mətnləri, habelə muxtar respublikada, Ağdaş, Şamaxı və Bakıda müxtəlif infrastruktur obyektlərinin açılış mərasimlərində iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşləri barədə informasiyalar 62-ci kitaba daxil edilib. Oxucular bu kitabda dövlətimizin başçısının “The Business Year” nəşrinə müsahibəsinin mətni ilə də tanış ola bilərlər.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib. “Azərnəşr” tərəfindən buraxılan 62-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.


Kateqoriya : SİYASƏT Baxış sayı : 217

QHT və MEDİA

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

2018-10-18 21:20:32

QHT və MEDİA
QHT-nin hesabat xarakterli yekun tədbir...
QHT-nin hesabat xarakterli yekun tədbir...

Fact-info.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə Demokratik Cə...

CƏMİYYƏT

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

2018-10-19 00:30:28

CƏMİYYƏT
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə...
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə...

Fact-info.az-a daxil olan məlumata görə, toplantıda Şuranın 10 illik fəaliy...

İQTİSADİ

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...