MÜSAHİBƏ
A- A A+

Yosip Bozaniç: Azərbaycanda dinlərarası dialoqa və multikulturalizmə yüksək diqqət yetirilir

2018-06-01 12:30:52

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov Xorvatiya Roma Katolik Kilsəsinin kardinalı, Zaqreb arxiyepiskopu Yosip Bozaniç ilə görüşüb

F.Qurbanov Xorvatiya ilə Azərbaycan arasında münasibətlər haqqında məlumat verərək əlaqələrin dostluq və strateji əməkdaşlıq səviyyəsində olduğunu qeyd edib. Səfir 2017-ci ilin noyabr ayında keçirilmiş Azərbaycan-Xorvatiya İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının 1-ci iclasını qeyd edib. O, həmçinin Xorvatiyanın Bakıda səfirliyinin açılmasından məmnunluğunu ifadə edib. Bildirib ki, hər iki hadisə iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verəcək.

Diplomat Azərbaycanda bütün dinlərə və mədəniyyətlərə hörmətlə yanaşıldığını, millətlərin sülh və əmin-amanlıq içərisində yaşadığını diqqətə çatdırıb. Azərbaycanda katolik və pravoslav kilsələrinin, sinaqoq və məscidlərin açıq olduğunu və onların dövlət tərəfindən qorunduğunu qeyd edən F.Qurbanov multikulturalizm nümunəsi olan Azərbaycanda bunun bir həyat tərzi olduğunu vurğulayıb.

Azərbaycan ilə Vatikan arasında münasibətlər haqqında söz açan səfir Roma Katolik Kilsəsinin başçılarının ölkəmizə səfərləri barədə məlumat verib. O, Heydər Əliyev Fondu və Vatikan arasındakı əməkdaşlığa toxunaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban Əliyevanın Azərbaycan-Vatikan əlaqələrinin dərinləşməsində müstəsna xidmətlərindən danışıb. Heydər Əliyev Fondunun Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasına və digər layihələrin həyata keçirilməsinə verdiyi töhfələri vurğulayıb. Zaqreb Arxiyepiskopu Yosip Bozaniç, öz növbəsində, səfiri yeni təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. O qeyd edib ki, Azərbaycanda son dövrdə gedən inkişafdan məmnunluq duyur. Azərbaycanda dinlərarası dialoqa və multikulturalizmə toxunan kardinal bildirib ki, ölkəmizdə qeyd olunan sahəyə ayrılan yüksək diqqətdən xəbərdardır. O, Vatikanın Bakıdakı nümayəndəliyindəki Xorvat əsilli həmkarının bununla bağlı müsbət təəssüratlarının olduğunu bildirib.

Daha sonra Fəxrəddin Qurbanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən təxribatlar haqqında həmsöhbətinə məlumat verib. Səfir münaqişə zamanı törədilmiş, müasir dövrün ən ağır faciələrindən olan Xocalı soyqırımı haqqında danışıb. O, Xocalıda baş verən vəhşiliklərin, mülki əhalinin amansız şəkildə qətlə yetirilməsinin insanlığa qarşı cinayət olduğunu vurğulayıb. Həmçinin diplomat məlumat verib ki, 2018-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olub. Bununla əlaqədar 100 illik yubiley ölkəmizdə dövlət səviyyəsində geniş qeyd edilir və səfirlik tərəfindən də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Xorvatiyada bir sıra tədbirlər təşkil olunub və yeni tədbirlərin keçirilməsi nəzərdə tutulub.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 794

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...