SOSİAL
A- A A+

Cümhuriyyət qurucuları yad edildi

2018-06-01 10:30:54

2018-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü tamam oldu.

Bununla əlaqədar ölkəmizin müxtəlif ərazilərində, habelə, müəssisə və təşkilatlarda silsilə tədbirlər keçirildi, əsrin qəhrəmanları hörmətlə anıldı. Belə tədbirlərdən biri Bakıda-"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşkilatçılığı ilə keçirildi.Təqvimin ən şərəfli günlərindən birində vətən, torpaq yolunda canlarından keçmiş qəhrəmanlarımızı,igid oğul və qızlarımızı da unutmaq olmazdı təbii ki. Ona görə də tədbir iştirakçıları ilk öncə Bakıdakı I Şəhidlər Xiyabanını,Türk şəhidliyi kompleksini və 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, General-mayor Həzi Aslanovun abidəsini ziyarət etdilər.Tədbirin ikinci hissəsi Azərbaycan Vətən Müharibəsi Veteranları birliyinin Səbail rayon şöbəsində davam etdirildi.Tədbirə gənclərin göstərdiyi maraq qürurverici idi.Tədbir "Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, "Tərəqqi” medalı mükafatçısı,Qarabağ qazisi Şamil Sabiroğlunun sözləri ilə açıq elan edildi. İştirakçılar yubiley günündə himnimizi qürurla səsləndirdilər.Cümhuriyyətin qurucuları 1 dəqiqəlik sükutla yad edildi. Şamil müəllim AXC-in Azərbaycan tarixindəki əhəmiyyətindən söz açdı, Cümhuriyyətin önəmini vurğuladı.

Tədbirdə iştirak edən İraq Türkmən Cəbhəsinin nümayəndələrinə şanlı tariximizin ən qürurverici dönəmlərindən olan AXC haqda məlumat verildi. Ziyalılar, tələbə gənclər, Qarabağ qaziləri, İraqdan təşrif buyurmuş qonaqlar,"Xocalı Soyqırımını Tanıtma " ictimai birliyinin üzvləri -bir sözlə bir-birindən dəyərli iştirakçı heyəti tədbirə rəng qatdı.Tədbirin idarəçisi Şamil müəllim sıra ilə tədbir iştirakçılarına söz verdi. "Xocalı Soyqırımını Tanıtma” və “Yeni Yurd” Sosial İnkişaf ictimai birliklərinin sədr müavini Dilbər Sultanova, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Qadınlar Şurasının sədri Ayna Allahyarqızı,”Atatürk Mərkəzi” nin şöbə müdiri, "Dünya Gənc Türk Yazarlar birliyi” nin qurucusu, "Tərəqqi” medalı mükafatçısı Əkbər Qoşalı,Azərbaycan Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına inkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov,"Qürur" Şəhid ailələri xeyriyyə ictimai birliyinin sədri, şəhid Milli Qəhrəman Səfiyar Behbudovun bacısı Naibə Behbudova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Gülamayıl Murad,"djb.az" saytının rəhbəri Almaz Əhmədova,"Dünyaxeber İnformasiya agentliyinin rəhbəri Dünyaxanım Əliyeva,"Talk TV" İnternet televiziyasının icraçı direktoru Mehriban Sadıqova, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, polkovnik, yazıçı-publisist Hikmət Xudiyev,Ağdamın tanınmış ziyalılarından olan Saleh Məmmədov, şəhid Mahir Mirzəyevin atası Sabir müəllim, şairə Gilə Bayramova,"Aşıq Pəri" məclisinin üzvü, şairə və bədii qiarət ustası Aida Gülzar, Xocalı rayonunun Kərkicahan qəsəbəsindən məcburi köçkün, Qarabağ qazisi Nazim Hüseynov və başqaları Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, İraqın Kərkük əyalətindən gələn qonaqlara sayğı və ehtiramlarını bildirdilər.

İştirakçıların çıxışları böyük maraqla qarşılandı. .Daha sonra söz İraqdan gəlmiş türkmən qardaşlarımıza verildi.İraq Türkmən Cəbhəsinin mətbuat katibi Turqut Hürmüzlü, İraq Türkmən Cəbhəsi siyası araşdırmalar mərkəzinin əməkdaşı Mardin Gökkaya,İraq Türkmənləri Siyasi Tutuklular və Şəhidlər Birliyinin qurucularından olan Nazim Takı öz çıxışlarında tarixən bir-birinə bağlı olan köklərimizdən, türkmən-azərbaycan qardaşlığından, türkmən xalqının ağrı-acılarından söz açdılar. Bildirdilər ki, belə bir gündə Azərbaycanlı bacı - qardaşlarının yanında olmaq onlar üçün qürurvericidir. Bundan sonra tədbiri daha da maraqlı etmək üçün vətənpərvərlik hissini aşılayan şeirlər səsləndirib nəğmələr oxundu. Bakı Dövlət Universiteti Tarix fakültəsinin I kurs tələbəsi Simarə Məmmədova, “Aşıq Pəri” Məclisinin üzvü, şairə-publisist Aida Gülzar, Gilə Bayramova, Almaz Əhmədova vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər.

Özünəməxsusluğu ilə seçilən, yüksək səviyyədə təşkil olunmuş tədbirimizin sonunda "Xocalı Soyqırımını Tanıtma " ictimai birliyinin sədri Şamil Sabiroğlunun əmrinə əsasən qonaqlar xüsusi diplomlarla təltif olundular.Sonda isə tədbir iştirakçıları və qonaqlar xatirə fotosu çəkdirdilər.

Simarə Məmmədova, Bakı Dövlət Universitetinin I kurs tələbəsi,

Şamilə Şamilqızı, Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetinin II kurs tələbəsi.


Kateqoriya : SOSİAL Baxış sayı : 175

QHT və MEDİA

2018-08-20 07:45:01

QHT və MEDİA
Polşanın “Ambasador” jurnalı Azərbaycan ...
Polşanın “Ambasador” jurnalı Azərbaycan ...

Polşada nəşr edilən “Ambasador” jurnalının 35-ci sayında Azərbaycan Xalq Cümh...

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

CƏMİYYƏT

2018-08-19 19:10:24

CƏMİYYƏT
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...

D.Ağayeva məqalədə dinc Xocalı sakinlərinin kütləvi qətlinin əsas günahkarla...

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...