CƏMİYYƏT
A- A A+

Hyustonda Azərbaycan Günü elan edilib

2018-06-01 10:40:41

Amerikanın energetika paytaxtı hesab olunan və 1976-cı ildən Bakı ilə qardaşlaşmış şəhəri olan, həmçinin çoxsaylı həmvətənlərimizin yaşadığı Hyustonda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı şəhərin meri Silvestr Törner (Sylvester Turner) tərəfindən Azərbaycan Günü elan edilib

Bununla əlaqədar olaraq S. Törner bəyannamə imzalayıb. Bəyannamədə 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması bildirilir. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnun verilməsini təmin edib. Sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır. Eyni zamanda Hyustonun və Bakı arasında qardaşlıq münasibətinin və vətəndaşlar arasında bir sıra mədəni və təhsil sahələrində mübadilənin mövcud olduğu qeyd olunur. Bəyannamədə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd olunduğu bildirilir. Mer Törner Hyustonda Azərbaycan Xalq Cümhuriyyəti Günü elan edir bu xüsusi bayramı yaddaqalan qeyd olunması üçün ən xoş arzularını çatdırır. Qeyd edək ki, bəyannamə mayın 31-də Hyuston şəhərində keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova meriya nümayəndəsi tərəfindən rəsmən təqdim olunub.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 764

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...