SİYASƏT
A- A A+

“ABŞ-ın münaqişənin ədalətli həllində iştirakı önəmlidir”

2018-06-01 10:00:39

Baş nazir Novruz Məmmədov bu gün ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink ilə görüşüb

Novruz Məmmədov Bricet Brink ilə əvvəlki görüşlərini məmnunluqla xatırladığını bildirib. Novruz Məmmədov Bricet Brinkin bu səfərinin əlaqələrimizin daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Bu günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğunu və Cənub Qaz Dəhlizinin istifadəyə verildiyini vurğulayan Baş nazir ABŞ Prezidenti Donald Trampın bu əlamətdar hadisələrlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubların əməkdaşlığımızın daha da inkişafı baxımından böyük önəm daşıdığını diqqətə çatdırıb. Baş nazir Novruz Məmmədov Azərbaycan-ABŞ münasibətlərinə toxunaraq qeyd edib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə çox sıx və səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycanın Baş naziri iqtisadiyyatın bir sıra istiqamətlərində, o cümlədən kənd təsərrüfatı, sənaye, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, rabitə və digər sahələrdə əlaqələrin daha da inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Novruz Məmmədov qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın münaqişənin ədalətli həllində yaxından iştirakı olduqca önəmlidir. Bricet Brink ABŞ-ın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu deyib. O, ölkələrimiz arasında beynəlxalq terrorizmlə mübarizədə və Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlarda çox sıx əməkdaşlığın yüksək qiymətləndirildiyini bildirib və bu sahələrdə əlaqələrin daha da genişləndirilməsinin önəmini qeyd edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 525

QHT və MEDİA

2019-09-16 20:20:33

QHT və MEDİA
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

CƏMİYYƏT

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

2019-09-12 10:05:57

CƏMİYYƏT
Qaraçay xalqının deportasiyası haqqında ...
Qaraçay xalqının deportasiyası haqqında ...

Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illər...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...