SOSİAL
A- A A+

Fransa Senatında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” adlı debat-konfrans təşkil edilib

2018-05-31 08:10:02

Fransada fəaliyyət göstərən Azərbaycan Dostları Assosiasiyası il ərzində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunan silsilə tədbirlər həyata keçirir

Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dostları Assosiasiyasının, Fransa-Qafqaz Dostluq Birliyinin prezidenti, Kot-d-Or regionunun Senatoru Alen Uperin, Fransa parlamentinin sabiq üzvü, Azərbaycan Dostları Assosiasiyasının prezidenti, Jan-Fransua Manselin təşəbbüsü, bu ölkədəki səfirliyimizin dəstəyi ilə Fransa Senatında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” adlı debat-konfrans təşkil edilib. Tədbirdə əvvəlcə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev təqdimatla çıxış edib, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, fəaliyyət dövrü və yaradıcıları barədə konfrans iştirakçılarına geniş məlumat verib.

Sosial elmlər üzrə ali təhsil məktəbinin professoru Jorj Mamulia Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının istiqlaliyyət uğrunda apardıqları çətin mübarizədən ətraflı bəhs edib. O, 1905-ci ildə ermənilərin bolşevik qüvvələrin dəstəyi ilə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımından da danışıb. Qeyd edib ki, davamlı bolşevik təzyiqinə baxmayaraq, 1918-ci ildə Şərqdə ilk dəfə olaraq parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel 100 il əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyətinin təməlinin dünyəvilik prinsipləri əsasında qoyulduğunu qeyd edib. İlk dəfə olaraq qadınlara səsvermə hüququ verən Azərbaycanın bu gün də regionda və İslam dünyasında tolerant, multikulturalizm ənənələrinə sadiq bir ölkə olduğunu vurğulayıb. Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb. Tədbirdə Fransanın ictimai-siyasi, elm və incəsənət xadimləri iştirak ediblər.


Kateqoriya : SOSİAL Baxış sayı : 475

QHT və MEDİA

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

2019-08-22 09:55:34

QHT və MEDİA
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaq...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...