QHT və MEDİA
A- A A+

Milli dəyərlərimizi aşağılayan hər kəs cəzalanmalıdır

2018-05-31 07:50:52

.

Azərbaycanın milli dəyərlərinə, adət-ənənələrinə, torpaq bütövlüyünə xor baxan istənilən şəxs, milləti, dövləti aşağılayan hər kəs lənətlənməlidir. O cümlədən Rüstəm İbrahimbəyov çəkdiyi “Qafqaz üçlüyü” filminə görə birmənalı şəkildə lənətlənməlidir. Bu film, müəllifin kosmopalit düşüncələrinin məhsulu deyil. Burada daha ciddi, təhlükəli hədəflər var. Həmin film heç şübhəsiz ki, bəzi gizli dairələrin çox düşünülmüş çirkin planının, Azərbaycan millətinə qarşı həqarətin, dərin kökləri olan nifrətin tərkib hissəsidir.

Vaxtılə zirvədə olan, bütün möhtəşəm titulara sahib bir insanın bu addımı necə atması başadüşülən deyil. Ermənini və bu regionu yetərincə tanımayan hər hansı əcnəbi müəllif belə film çəksəydi bəlkə də ona əhəmiyyət verməmək olardı. Bu ahil çağında ağlını itirmiş Rüstəm İbrahimbəyovun belə addım atması bağışlanası deyil. Bu film saxtakar erməni təbliğatına təkan verməklə bərabər Cənubi Qafqazda yaranmış münaqişələrin əsl günahkarlarının aşkar olunmasına əngəl yaradacaq.

“Qafqaz üçlüyü” filmi həm də Azərbaycanda film çəkən və bu sahədə çalışan insanlara bir mesajdır. Nəhayət, biz millət olaraq oz tarixi-bədii filmlərimizi ortalığa qoymalıyıq. Milli düşüncəmizə yad olan, heç bir informasiya yükü olmayan bu gün bəzi serialları çəkib televiziyalarda nümayiş etdirənlər nəhayət, papaqlarını qabaqlarına qoyub düşünməlidirlər. Mən bu mövzuya yenidən qayıtmaq istərdim. Niyə görə bizim 1918-ci il hadisələri haqqında, azərbaycanlıların soyqırıma məruz qaldığı dövrlə bağlı, ümumilikdə ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini özündə ehtiva edən qanlı tarix haqqında bədii filmlərimiz yoxdur? Millətin, regionun faciələrinin bir çox səbəbləri məhz ermənilərin bu torpaqlarda məskunlaşmasından qaynaqlanır.

Əlqərəz, “Qafqaz üçlüyü”-nə deyil “Qafqaz dördlüyü” filminə ehtiyac var. Ona görə ki, bir çox tarixi proseslərin, bizim istəyimizdən asılı olmayaraq Cənubi Qafqazda ermənilərin yerləşdirilməsinin əsas səbəbkarı çar Rusiyası olub. Məhz həmin imperiyanın xeyir-duası ilə bu regionun xəritəsi yenidən çəkilib. Bu gün həmin siyasətin girovuna çevrilən Cənubi Qafqaz münaqişəsiz ötüşmür. Qafqazda dördüncü tərəf məhz çar Rusiyası və onun bu regiona gətirdiyi erməni fəlakətidir. Bu fəlakətlərdən qurtulmaq üçün hamının başa düşə biləcəyi dildə tarixi həqiqətləri əks etdirən “Qafqaz dördlüyü” filmi ərsəyə gəlməlidir.

Əsl gerçəyi dünyaya çatdırmaq üçün bədii filmlərimiz çox yaxşı bir vasitə ola bilər. Mənim qənaətimcə, yəhudilərin II dünya müharibəsində üzləşdikləri soyqırımı hadisəsini geniş auditoriyaya daha çox “Pianoçu” filmi tanıtdı. Bu kino nümayiş olunanda mən hər dəfə bu ekran əsərinə məmuniyyətlə baxıram. Həmin filmdə peşəkarlıq, kino sənətinə xas olan bütün sənət növlərinin sintezi, bəşərilik, insan ağrıları və digər incə məqamlar çox ustalıqla əks olunub. Tamaşaçı sanki unudur hansı xalqın faciəsindən söhbət gedir. Burada yəhudilərin faciəsi ümumi insanlıq dərdi kimi təqdim olunur. Bu filmdə dünyəvi kodlar var.

Azərbaycanın ədəbiyyat, incəsənət adamları belə uğurlu kodları tapıb dünya arenasına çıxa bilirlər. Bu baxımdan erməni xislətini ifşa edən “Əli və Nino” əsəri dünya xalqları tərəfindən çox maraqla oxunur. Digər sənət nümunələrimizdə belə uğurlu faktlar və kodlar var. Təəssüf ki, kino sahəsində vəziyyət fərqlidir. Baş qatan serillardan qurtulub o mötəşəm filmləri ortalığa çıxara bilsək o zaman Rüstəm İbarahimbəyovun çəkdiyi “Qafqaz üçlüyü” filmi tarixin zibilliyinə gömüləcək.

Bir məqamı da qeyd etmək istərdim. Son illər qardaş Türkiyə öz tarixi keçmişini, qəhrəmanlıq tarixini ekranlaşdırır. Hətta Azərbaycanda da həmin filmlər çox maraqla izlənilir. Çox vacib məqamlardan biri odur ki, bu kateqoriyadan olan türk filmlərində səmimi olaraq millət, dövlət sevgisi əsas hədəfdir.

Nəhayət, bizdə öz tariximizi möhtəşəm ssenarilərlə ekranlaşdırmalıyıq. Azərbaycanda çox peşəkarcasına film çəkmək ənənəsi türklərdən zəif deyil. Yetər ki, bu işlərə start verilsin. Azərbaycanın kino sənayesinə, ssenarilərin yazılışına münasibət dəyişməlidir. Qeyri peşəkar, cəsarətsiz, zəif ssenarilərdən qurtulmaq üçün şəffaf müsabiqələr elan olunmalıdır. Bəlkə papaq altında elə oğlanlar var ki, sanballı ssenarilər ortalığa qoyacaq.

Əkrəm Bəydəmirli


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 2112

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...