CƏMİYYƏT
A- A A+

“Məmməd Əmin Rəsulzadə: siyasi portret” kitabı işıq üzü görüb

2018-05-31 07:45:44

TEAS Press Nəşriyyat Evi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə dövlətçilik tarixinə dair kitabların nəşrini davam etdirir

Nəşriyyat Evindən musavat.com-a verilən məlumata görə, bu günlərdə Cümhuriyyət tarixinə dair daha bir fundamental əsər – “Məmməd Əmin Rəsulzadə: siyasi portret” kitabı çapdan çıxıb. Kitab Azərbaycanın XX əsrdə yaşayıb-yaratmış ən parlaq tarixi simalarından biri olan Məmməd Əmin Rəsulzadənin həyatına və siyasi fəaliyyətinə həsr olunub. Tədqiqat əsərində Məmməd Əmin Rəsulzadənin siyasətə gəldiyi ilk günlərdən mühacirət həyatına qədər davam edən fəaliyyətinin müxtəlif dövrləri işıqlandırılır. Əsərdə onun keşməkeşli həyat sürməsinə baxmayaraq, son nəfəsinədək milli ideallar uğrunda prinsipial mübarizə aparması öz əksini tapıb.

Kitabda M.Ə.Rəsulzadənin 1917-1920-ci illərdəki fəaliyyətinə xüsusi yer ayrılıb. Bu illərdə Azərbaycan türklərinin azadlıq mübarizəsinin lideri olan Məmməd Əmin Rəsulzadə təkcə milli hərəkatın strateji xəttini müəyyənləşdirməklə kifayətlənməyərək, müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və möhkəmlənməsi prosesinə bilavasitə rəhbərlik edib.

Əsərdə M.Ə.Rəsulzadənin mühacirət həyatının bir çox qaranlıq səhifələri son dövrlərdə müxtəlif ölkələrin arxivlərində aşkarlanmış tarixi sənədlər əsasında tədqiq olunub. M.Ə.Rəsulzadənin Azərbaycan və Qafqaz mühacirlərinin müxtəlif nümayəndələri ilə heç də hamar olmayan münasibətlərinə, onun sovet imperiyasının məzlum xalqlarının birliyinə nail olmaq, beləliklə, bolşevik rejimi ilə mübarizədə onların vahid cəbhəsini formalaşdırmaq istiqamətindəki səylərinə xüsusi önəm verilir. Kitabın müəllifi Cümhuriyyət tarixinin araşdırıcısı, tarix elmləri doktoru Aydın Balayevdir. O hələ SSRİ zamanında Azərbaycan Xalq Cümhuriyyəti barədə çıxan ilk kitablardan birinin müəllifidir. Daha sonra onun bir çox ölkələrdə – Rusiya, Almaniya və ABŞ-da kitabları və elmi məqalələri nəşr olunub. Müəllifin “TEAS Press” Nəşriyyat evi tərəfindən nəşr edilən “Məmməd Əmin Rəsulzadə: siyasi portret” əsəri nəşriyyatın “Məşhurların həyatı” adlı yeni seriyasından ilk kitabdır. Türkiyədə nəfis şəkildə çap edilən əsər rus dilindədir. Nəşriyyat gələcəkdə bu seriyadan digər məşhurların da həyatı və fəaliyyəti ilə bağlı kitabların nəşrini planlaşdırır.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 839

QHT və MEDİA

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...