MƏDƏNİ
A- A A+

“Cümhuriyyət tələbələri” filmi

2018-05-30 14:05:32

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq ölkəmizdə kütləvi tədbirlər keçirilir

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında müvafiq Sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən də bir sıra tədbirlər təşkil olunur. Nazirliyin dəstəyi ilə çəkilmiş “Cümhuriyyət tələbələri” filmi də bu tədbirlərin davamı kimi səciyyələnir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Cümhuriyyət tələbələri” filminin təqdimat mərasimində Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov deyib. O, ekran əsərini tariximizə verilən yüksək dəyərin nəticəsi kimi qiymətləndirib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə dövlət sifarişi əsasında “Salnaməfilm” studiyasında çəkilən ekran əsəri Cümhuriyyətin təhsil almaq üçün xaricə göndərdiyi 102 tələbəyə həsr olunub.

Filmin ssenari müəllifi və rejissoru Tahir Əliyev ekran əsəri ilə bağlı qonaqlara məlumat verib. Qeyd edib ki, filmin ssenari müəllifi Dilqəm Əhməd, baş məsləhətçisi Ramiz Abutalıbov, prodüseri Nazim Hüseynov, operatoru Əminə Həsənlidir.

“O vaxt ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti milli kadrlar hazırlamaq üçün yollar axtarırdı. Çətin hərbi-siyasi vəziyyətə baxmayaraq, azərbaycanlı gənclərin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə hökumət tərəfindən qərar verilmişdi. Demək olar ki, hökumət bu məsələdə məqsədinə çatmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, ölkənin sovetləşməsinə baxmayaraq, tələbələr təhsillərini davam etdirə biliblər. Sonradan onlar Vətənə qayıdaraq müxtəlif sahələrdə uğurlar qazanıblar. Bütün bu məsələlər ekran əsərində yer alıb”, - deyə T.Əliyev qeyd edib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 454

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...