2018-05-29 18:45:37 | AKTUAL
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə Pirallahıda silsilə tədbirlər keçirilib

29 may 2018-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Cümhuriyyət 100” adlı tədbir keçirildi

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ulu öndər Heydər Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımız üçün tarixi hadisədir” sözləri ilə açandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında Sərəncam imzaladığını bildirdi. Prezidentin bu Sərəncamında bir daha müasir müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını, Şərqin ilk demokratik müsəlman dövlətinin fəaliyyətinin əks olunduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb bir dövrdə meydana gəldiyini və çox çətin şəraitdə fəaliyyət göstərdiyini, Azərbaycan xalqının və milli dövlətçiliyinin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin vəzifəni yerinə yetirərək milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının yaradılmasına, ölkənin ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin edilməsinə, qısa müddətdə yüksək döyüş qabiliyyətli ordunun yaranmasına nail olduğunu qeyd etdi.

Daha sonra çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasın dövlətçilik ənənələrimizin bərpasında, dirçəlməsində mühüm hadisə olduğunu bildirib. Diqqətə çatdırıb ki, 1918-ci il mayın 28-də Milli Şuranın birinci iclası keçirilib və Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edilib. Cümhuriyyət Paris Sülh Konfransının qərarına əsasən, müstəqil dövlət kimi tanınıb. Həmin dövrdə dünyanın bir çox ölkələri ilə diplomatik münasibətlər qurulub, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər imzalanıb. Gərgin diplomatik mübarizə şəraitində yaranmış Azəbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin yaradıb. XX əsrin sonlarında yenidən dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğunun, eyni zamanda vətəndaş cəmiyyətinin inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunduğunu müvafiq tədbirlərin təşkilinin gənclərə doğma Respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək və sərbəst düşüncə tərzini formalaşdırmaq baxımından yüksək qiymətləndirdiyini bildirdi.

Çıxış edən “ Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Sonda keçirilən tədbirlərin yekunu kimi Heydər Əliyev Fondunun dəstəyi ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə hazırlanmış videoçarx nümayiş olundu. "Cümhuriyyət-100" adlı layihə çərçivəsində 350-dən çox gəncin iştirakı ilə Azərbaycan Respublikasının dövlət bayrağı canlandırılmış, "Cümhuriyyət- 100" sözü yazılmış və sonda Ulu Öndər Heydər Əliyevin canlı imzası yaradılmışdır.

Videoçarxın nümayişindən sonra bir qrup şəxs partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə YAP Pirallahı rayon təşkilatının fəxri fərmanları ilə təltif olunmuşdur.

Baxış sayı : 1343
Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 2020-09-27 11:45:15 Hikmət Hacıyev: Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür 2020-09-27 08:00:45 Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır 2020-09-27 07:45:39 Ermənistan ordusunda ruh düşkünlüyü dərinləşəcək 2020-09-26 10:10:50 “Kommersant” Azərbaycan Prezidentinin BMT-dəki çıxışını “olduqca kəskin” adlandırıb 2020-09-26 06:45:13 Prezident İlham Əliyevin BMT-dəki çıxışları Gürcüstan KİV-ləri tərəfindən geniş işıqlandırılıb 2020-09-26 06:40:36 Azay Quliyev: “Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir” 2020-09-25 18:30:13 Ümid yerimiz olan tələbə-gənclər, Sizi təbrik edirik! 2020-09-25 09:50:15 “Ordum varsa, yurdum var” 2020-09-25 09:15:30 Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir 2020-09-25 07:50:11 Prezident İlham Əliyev: Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var 2020-09-25 07:40:51 Azərbaycan Prezidenti: Bəyanatlar kifayət etmir, bizim real addımlara ehtiyacımız var 2020-09-25 07:00:49 Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28